Məhkəmə qərarları › İş №3(051)-440/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-440/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-440/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlu Məhkəmə iclas katibi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs, Müdafiəçi: Vəkil, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri,3 saylı məcburi köçkün qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Mingəçevir şəhər Polis Şöbəsindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində Mingəçevir şəhəri vaqonlar qəsəbəsində, Zərərçəkmiş şəxs məxsus həyətyanı torpaq sahəsində yerləşən toyuq hinindən 10 ədəd ev quşunu (toyuğu) gizli yolla talamaqla sonuncuya 80 manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə olduğuna görə Zərərçəkmiş şəxs məxsus toyuq hinindən 10 ədəd ev quşunu oğurlamış və sonrada onları bir ədədi 5 manatdan bazarda satmışdır. O, satdığı pulu ehtiyacı olduğuna görə xərcləmişdir. Lakin o, zərərçəkmiş şəxsə vurduğu ziyanı xx.xx.2020-ci il tarixə qədər tam şəkildə ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs ona məxsus toyuq hinindən 10 ədəd ev quşunu gizli yolla oğurlamaqla ona 80 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırkı vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. O, dəymiş ziyanın ödənilməsini tələb edir. Onun əsas məqsədi ziynın ödənilməsidir. Ona görə də inzibati xəta törətmiş şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs məxsus həyətyanı torpaq sahəsində yerləşən toyuq hinindən 10 ədəd ev quşunu (toyuğu) gizli yolla talamaqla sonuncuya 80 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında işüzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəymiş zərəri ödəməyi öhdəsinə götürməsi, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128-130-cu -ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə ictimai işlərə cəlb edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası X2 və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Mingəçevir şəhər məhkəməsinin hakimi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar