Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-440/2021 21.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Musayeva Günel Şövkət qızının katibliyi ilə, X1 Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ-nin 15 aprel 2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda inzibati cərimə edilmişdir. M.Qasımov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən X2 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində hərəkətdə olan zaman idarə etdiyi VAZ 21150 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis kiçik serjantı Azər Vəliyev tərəfindən saxlanılmışdır. Daha sonra yol polis əməkdaşı AR İXM-nin 327.2-ci maddəsini əsas götürərək protokol tərtib etmədən buna dair onun narazılığı ola-ola birbaşa 15.04.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan sonra o, tərtib edilmiş qərarla razı olmadığını bildirərək bu barədə sübutlar, təqdim etməsini xahiş etmişdir. Lakin polis əməkdaşı heç bir əsas olmadan sübutları yəni pozuntu törətməyinə dair video görüntünü təqdim etməkdən imtina etmişdir. Beləliklə, barəsində olan qərarı ləğv etməyərək qüvvədə saxlamış və müvafiq qərarı ona təqdim etmişdir. İnzibati xəta haqqında protokolu və həmin protokol əsasında qərar qəbul etmiş səlahiyyətli dövlət orqanı onun inzibati xətanı törətməkdə təqsiri olmasını sübut etməlidir. Ona görə də Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X8 tərəfindən qəbul edilmiş 15.04.2021 -ci il tarixli TP4312145 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru polis baş serjantı X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Sumqayıt ŞPİ-nin DYPŞ-nin 20.05.2021-ci il tarixli 1824 saylı məktubunda göstərilir ki, sürücü X3 15.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində idarə etdiyi Vaz 21150 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün ərazidə xidmət aparan Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X8 tərəfindən aşkar edilərək saxlanılmış və barəsində qanuna müvafiq olaraq İXP3899421 nömrəli inzibati protokol tərtib edilərək TP4312145 nömrəli inzibati tənbeh vermə haqqında 60 (altmış) manat məbləğində cərimə qərarı qəbul edilmişdir. Belə ki, araşdırma zamanı inzibati işə əlavə edilmiş video görüntüdə sürücü tərəfindən qayda pozuntusuna yol verilməsi faktı öz təsdiqini tapmışdır. Baş DYP İdarəsinin “X4”nin məlumatına əsasən sürücü tərəfindən qeyd olunan cərimə 09.05.2021-ci il tarixdə ödənilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarından görünür ki, 15 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, X3 15.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində idarə etdiyi “Vaz 21150” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün ərazidə xidmət aparan Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis baş serjantı X8 tərəfindən aşkar edilərək saxlanılmış və barəsində qanuna müvafiq olaraq İXP3899421 nömrəli inzibati protokol tərtib edilərək TP4312145 nömrəli inzibati tənbeh vermə haqqında 60 (altmış) manat məbləğində cərimə qərarı qəbul edilmişdir. Sözügedən qərarın əsassızlığına təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Əksinə M.Qasımovun inzibati cəriməni ödəməsi və öz tələbini əsaslandıran sübutlar təqdim etməməsi şikayətin təmin olunmamasına əsas verir. Bütün halları müqayisəli şəkildə təhlil edib əsaslanaraq hesab edirəm ki, M.Qasımovun şikayəti əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim: X1 Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati xəta haqqında 15 aprel 2021-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Vəliyev Azər Şükür oğlunun 15.04.2021-ci il tarixli TP4312145 №li qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-440/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-440/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver