Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-440/2024 16.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Kür Mehmanxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə içkili vəziyyətdə avtomobil idarə etmiş və saat təxminən 23:00 radələrində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində 41-45 adlanan ərazidə yerləşən pivəxanada 1 bakal spirtli içki qəbul edib ona məxsus olan 99MB128 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı avtomobilinə əyləşərək istifadə etməyə başlamışdır. Nəqliyyat vasitəsini sürərək dostu Muradı işlədiyi iş yerinin qarşısından götürüb yaşadığı mənzilə aparmışdır. Oradan qayıdarkən X7 yaxınlığında YPX əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılmışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, alkotestiri uzadıb üfürməyini söyləmişdir. Bu zaman onun içkili olmağı müəyyən edilmişdir. Bu zaman polis əməkdaşı ona sərxoşluq halında akt tərtib olunması üçün müayinəyə getməyini bildirmişdir. O, məsələni aralarında həll etməyə çalışsa da, polis əməkdaşları razı olmamışdır. İstifadəsində olan maşını polis əməkdaşları cərimə meydançasına apararkən aralarında mübahisə yaranmışdır. Belə ki, o, “sroka gedərəm maşını vermərəm” deyərək etiraz etmişdir. Ondan sonra polis əməkdaşı Aqil Hüseynov ona söymüşdür. Ona görə də xalası oğlu X1rşı öz iradını bildirmişdir. Ona görə də PPX əməkdaşları onu polis şöbəsinə aparmışlar. Maşını içkili vəziyyətdə idarə etdiyi üçün əməlindən peşmandır. Onunla bağlı cəriməsi nədirsə, ödəməyə hazırdır. Bununa belə polis əməkdaşlarına tabesizlik etməmişdir. Hesab edir ki, onun əməlində qeyd olunan inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX-nin inspektoru X5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində xidmətdə olarkən 99MB128 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı avtomobil işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücü spirtli içki qəbul etdiyi üçün həkim müayinəsindən keçirilmişdir. Sürücü Şəxs həkim müayinəsindən gəldikdən sonra onun qohumu Ruslan adlı şəxs də sərxoş halda ona yaxınlaşmış və pul təklif edərək avtomaşının buraxılmasını xahiş etmişdir. O, razılıq verməmiş və avtomobilin cərimə meydançasına yerləşdirilməsi bildirmişdir. Belə ki, həmin vaxt avtomobildə olan bütün sərnişinlər, həmçinin Ruslan Əliyevin özü də sərxoş olmuşdur. Belə olan halda sürücü barəsində inzibati protokol tərtib edildikdən sonra avtomaşın cərimə meydançasına yerləşdirilməlidir. Ondan sonra Ruslan Əliyev onu işdən çıxaracağı ilə hədələmiş və ona qarşı qərəzli münasibət sərgiləyərək, sürücü Şəxslə birlikdə səs-küy salaraq onun qanuni tələbinə tabe olmamış, yəni avtomaşının cərimə meydançasına yerləşdirilməsinə mane olmuşlar. Ona görə də o, post patrul xidməti çağırmaq məcburiyyətində qalmışdır. Post patrul əməkdaşları gəldikdən sonra avtomaşının cərimə meydançasına, sürücü Şəxs isə Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılmasımümkün olmuşdur. Ondan sonra X3 ŞPŞ-nin inzibati binasına gələrək yenə də səs-küy salmış, işin aparılmasına maneələr törətmiş və şəxsən onu ağır ifadələrlə hədləmişdir. Dəfələrlə nizam-intizama dəvət etsələr də, yenə də öz hərəkətlərini davam etdirmişdir. O, nə sürücü Şəxs, nə də Ruslan Əliyevə münasibətdə heç bir söyüş və ya nalayiq ifadə işlətməmiş, yalnız hər iki şəxsi qanunun tələblərinə riayət etməyə dəvət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 və X6 da şahid X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində içkili vəziyyətdə avtomobil idarə etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00-da 99MB128 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən İXM-in 329.3-cü, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs inzibati xəta törədən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadəsini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində içkili vəziyyətdə avtomobil idarə etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 16 iyul 2024-cü il tarixdən saat 02:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-440/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-440/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver