Məhkəmə qərarları › İş №3(051)-441/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-441/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-441/2020 21.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Mingəçevir şəhər İcra şöbəsinin İcra məmuru X1 və borclu Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 mənzil 12 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş 300 manat məbləğində inzibati cərimə olunması haqqında Mingəçevir şəhər Məhkəməsinin 3(051)-1195/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məmmədova X2 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-1195/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Bugünədək heç bir ödəniiş etməmişdir. Ona görə ki, maddi durumu pisdir. İşsizdir, əlavə gəliri yoxdur və himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X1 göstərmişdir ki, Məmmədova X2 şəhər Məhkəməsinin 3(051)-1195/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin Şəxs bugünədək heç bir ödəniş etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada ictimai işlər cazasını icra etməməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 529.2-ci madəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə inzibati xəta törədən şəxsə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. S.Məmmədovun himayəsində iki nəfər azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi var. Lakin İXM-nin 529.2-ci maddəsinin sanksiyasında göstərilən həbs və ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi himayəsinə iki azyaşlı uşağı olması ilə əlaqədar qanun qadağa olunur. Odur ki, Şəxs İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar