Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-442/2020 13.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Mingəçevir şəhər prokurorunun köməkçisi X3, qərarından protest verilmiş Mingəçevir şəhər PŞ-nin DYPX-nin inspektoru X4 iştirakı ilə, Mingəçevir şəhər prokurorunun Mingəçevir şəhər PS DYPX-nin inspektoru X4 “İnzibati tənbeh vermə haqqında iş üzrə” xx.xx.2020-ci il tarixli qərarından verdiyi protestə baxaraq, Müəyyən etdi m : Mingəçevir şəhər prokuroru X7 şəhər PS-nin DYPX-nin inspektoru X4 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli qərarından protest vermişdir. Məhkəmə iclasında Mingəçevir şəhər prokurorunun köməkçisi, etibarnamə üzrə nümayəndə X3 bildirdi ki, Mingəçevir şəhər sakini X8 prokurorluğa ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci ildə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “COVİD 19” pandemiyası səbəbilə Mingəçevir şəhərin giriş-çıxış məntəqələrində qurulan postdan o, icazəsi olmadan keçən zaman polis şöbəsinin DYPX-nin inspektoru, polis baş serjantı X9 tərəfindən saxlanılmış, İXM-nin 211.1-ci maddəsi ilə isə bacısı X2 200 manat cərimə olunumşdur, halbuki Aysel 3 ildir ki, Rusiya Federasiyasında yaşayır. Aytac Qədirovanın müraciəti əsasında araşdırma aparılması üçün Mingəçevir şəhər PS-dən X10 barəsində inzibati materiallar tələb edilərək öyrənilmişdir. Qəbul edilmiş qərarın əsaslılığı öyrənildikdən sonra həmin qərar qanunsuz və əsassız olduğuna ləğv olunması zərurəti yaranmışdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Aytac Qədirovanın bacısı-barəsində qərar qəbul edilmiş X10, həqiqətən də, xx.xx.2018-ci ildə, saat 14:10 radələrində Samux nəzarəti postundan Rusiya Federasiyasına keçmiş və həmin vaxtdan da geri qayıtmamışdır. Əsassız olduğuna görə Mingəçevir ŞPŞ-nin DYP-nin inspektoru, baş serjant X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv olunması məsələsinə baxılmasını xahiş edir. Qərarından protest verilmiş X9 məhkəmə iclasında bildirdi ki, “COVİD 19” pandemiyası ilə əlaqədər şəhərə giriş-çıxış postları qoyulmuşdur. O da polis əməkdaşı kimi postdan girişçıxışa nəzarət edirdi. xx.xx.2020-ci il tarixdə ** KZ *** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomaşın postdan keçərkən sürücünün və sərnişinin icazəsi olub-olmaması yoxlanılan zaman sərnişinin icazəsi olmaması müəyyən edildi. O, sərnişindən şəxsiyyət vəsiqəsini təqdim etməsini təklif etdi. Sərnişin şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun adı və soyadı X10 olması müəyyən edildi. Ona görə də X10 barədə Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdi və X5 həmin maddə ilə 200 manat cərimə olunması barədə xx.xx.2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, protest təmin olunmalıdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X10 barəsində İXM-nin 211.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP3443231№ li inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir şəhər PS-nin YPX-i inspektoru, polis serjantı X4 TP3854812 №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş sərhəd keçmə hesabatlarından görünür ki, X10 xx.xx.2018-ci ildə saat 14:10 radələrində Samux nəzarət postundan Rusiya Federasiyasına keçmişdir. İş materialları ilə müəyyən edildi ki, işin halları tam, hərtərəfli araşdırılmadan qanunsuz qərar qəbul edilmişdir. Ona görə də protest təmin olunmalı, Mingəçevir şəhər PS DYP-nin inspektoru, baş serjant X4 TP ******* №li xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yerindən baxılması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134cü maddələrini rəhbər tutub Qərara aldım: Protest təmin olunsun. X5 Azərbaycan Respublikası İXM-211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Mingəçevir şəhər PS-nin DYP-nin inspektoru, polis serjantı X4 TP3854812 №li xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-442/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-442/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver