Məhkəmə qərarları › İş №3(051)-443/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-443/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-443/2024 17.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05-də nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi MERCEDES BENZ 180 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21099 minik markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, onun “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobili var. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin avtomobilə dair dair qeydiyyat şəhadətnaməsi var. xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Xaldan şosesi istiqamətində idarə etdiyi “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobillə düzünə hərəkətdə olarkən M.Maqomayev prospektinin kəsişməsində svetaforun qırmızı işığının yandığını görməmişdir. İdarə etdiyi “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobillə hərəkətini davam etdirib dörd yol ayrıcına daxil olarkən M.Maqomayev prospektində düzünə hərəkətdə olan və sağ tərəfindən gələn “Vaz- 21099” markalı **-BX-*** nömrəli avtomobilin gəldiyini görməmişdir. İdarə etdiyim “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobillə svetaforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirərək, “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobilə yol vermədən qarşısına çıxmışdır. Nəticədə, idarə etdiyi “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobilin sağ yan hissəsi, sağ qabaq və arxa qapıları “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobilin qabaq hissəsinə, buferinə, işıq cihazına, ön panelinə, sağ sol qabaq qanadına, kapotuna, mühərrikxanasına dəyərək toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobillə qarşı tərəfin sürücüsünə heç bir söz demədən yol nəqliyyat hadisəsi barədə polisə məlumat vermədən hadisə yerindən çıxıb getmişdir. Sonradan yol polisi ona xx.xx.2024-cü il tarixdə yaxınlaşaraq hadisə törətməyini bildirib ona məxsus “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobili iştirakı ilə DYP-nin mühafizə olunan duracağına qoymuşlar. Səhhəti ilə əlaqədar Mingəçevir ŞPŞ-nin DYPB-nə xx.xx.2024-cü il tarixdə gəlmişdir. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Hazırda səhhətində olan problemə İİ qrup əlildir heç bir yerdə işləyə bilmir. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, onun “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobili var. Avtomobili idarə etmək üçün “BCED” dərəcəli sürücülük vəsiqəsi və avtomobilə dair dair qeydiyyat şəhadətnaməsi var. xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə H.Aslanov küçəsi istiqamətində idarə etdiyi “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobillə düzünə hərəkətdə olarkən H.Əliyev prospektinin kəsişməsində svetaforun yaşıl işığının yandığını görüb idarə etdiyi “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobillə hərəkətini davam etdirib dörd yol ayrıcına daxil olarkən H.Əliyev prospektində düzünə hərəkətdə olan və sol tərəfindən gələn “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobilin sürücüsü svetaforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirərək, idarə etdiyi “Vaz- 21099” markalı **-BX-*** nömrəli avtomobillə ona yol vermədən qarşısına çıxmışdır. Nəticədə, idarə etdiyi “Vaz-21099” markalı **-BX-*** nömrəli avtomobilin qabaq hissəsinə, buferinə, işıq cihazına, ön panelinə, sağ sol qabaq qanadına, kapotuna, mühərrikxanasına “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobilin sağ yan hissəsi, sağ qabaq və arxa qapıları dəyərək toqquşmuşdur. Toqquşmadan sonra “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobilin sürücüsü ona heç bir söz demədən yol nəqliyyat hadisəsi barədə polisə məlumat vermədən hadisə yerindən çıxıb getmişdir. O, hadisə barəsində Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli 1435 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, VAZ 21099 minik markalı **-BX-*** nömrə nişanlı avtomobilə 2645 manat məbləğində maddi zərər dəymişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05-də idarə etdiyi MERCEDES BENZ 180 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək VAZ 21099 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, əlil olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, AR İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar