Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-444/2024 17.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.1987–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 8400 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə 8400 manat borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 8400 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 göstərdi ki, hazırda borclunun Şəki Apelyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 8400 manat məbləğində borcu yaranmışdır. Borcun tam şəkildə birdəfəyə ödənilməsini tələb edir. Odur ki, məhkəmədən borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, məhkəmə qərarından narazıdır. Ona görə də bu məsələ ilə bağlı əlavə kassasiya şikayəti və Konstitusiya Məhkəməsinə şikayət vermişdir. Hesab edir ki, bütün instansiyalarda işə baxılıb yekunlaşdıqdan sonra icra sənədinin icrası təmin etməlidir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(051)-911/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən qızıl-ziynət əşyalarına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi brilliant qaşlı ağ qızıldan tək qaş üzük 7 qram çəkidə, 750 əyar, İtalya istehsalı, qiyməti 770 manat olan nişan üzüyü, 585 əyarlı Rusiya istehsalı, 9 qram çəkidə, qiyməti 810 manat olan qaşsız üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan kəpənək formasında üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan tək qaş üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan sonsuzluq formasında üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan oyuq formasında üzük, 28 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 1980 manat olan komplekt dəst brilliant ( sırqa,üzük,bilərzik,sep), 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan sadə üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan ”Rəna” yazılı sadə boyunbağı, 20 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 1600 manat olan Bismak boyunbağı, 4 qram çəkidə, 750 əyarlı, İtalya istehsalı, qiyməti 360 manat olan brilliant qaşlı üzük, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan ürək formasında qaşlı klon, 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 450 manat olan sadə qolbaq, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan tək sırqa torlu, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan uşaq üçün qolbaq, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat tək qaş sırğaya aid hissədə təmin edilmiş, brilliant qaşlı ağ qızıldan tək qaş üzük 7 qram çəkidə, 750 əyar, İtalya istehsalı, qiyməti 770 manat olan nişan üzüyü, 585 əyarlı Rusiya istehsalı, 9 qram çəkidə, qiyməti 810 manat olan qaşsız üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan kəpənək formasında üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan tək qaş üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan sonsuzluq formasında üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan oyuq formasında üzük, 28 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 1980 manat olan komplekt dəst brilliant ( sırqa,üzük,bilərzik,sep), 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan sadə üzük, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat olan ”Rəna” yazılı sadə boyunbağı, 20 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 1600 manat olan Bismak boyunbağı, 4 qram çəkidə, 750 əyarlı, İtalya istehsalı, qiyməti 360 manat olan brilliant qaşlı üzük, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan ürək formasında qaşlı klon, 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 450 manat olan sadə qolbaq, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan tək sırqa torlu, 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 180 manat olan uşaq üçün qolbaq, 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı, qiyməti 270 manat tək qaş sırğa, qətnamə icra edilən zaman əşyalar naturada olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsində isə qiyməti 800 manat olan mebel yataq dəsti, qiyməti 750 manat olan mebel qonaq dəsti, qiyməti 120 manat olan 2x1 bənövşəyi ağ naxışlı xalça, qiyməti 120 manat olan 12 lampalı aliminium naxışlı çilçıraq, qiyməti 80 manat olan musiqili çilçıraq, qiyməti 200 manat olan 2 nəfərlik 1 dənə yun döşək, hər birinin qiyməti 100 manat olan 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd balınc, qiyməti 160 manat olan 2 nəfərlik 1 ədəd yun yorğan, hər birinin qiyməti 80 manat olan 2 ədəd 1 nəfərlik yorğan, qiyməti 100 manat olan televizor altı, qiyməti 70 manat olan şüşə jurnal stolu, qiyməti 50 manat olan 2 nəfərlik ədyal bənövşəyi, qiyməti 70 manat olan ağ-qəhvəyi qalın ədyal, qiyməti 50 manat olan qəhvəyi rəngli ədyal, qiyməti 150 manat olan qonaq otağı üçün pərdə, qiyməti 200 manat olan yataq otağı üçün pərdə, qiyməti 50 manat olan “Gepas” ətçəkən, qiyməti 80 manat olan tuxovka, qiyməti 90 manat olan Tefal çaydan, qiyməti 30 manat olan mikser, qiyməti 20 manat olan naçnik, qiyməti 20 manat olan saat, qiyməti 10 manat olan bıçaq dəsti, qiyməti 200 manat olan ”Şafer” boşqab dəsti, qiyməti 180 manat olan qaşıq dəsti çamadan, qiyməti 15 manat olan səsli çaydan, qiyməti 180 manat olan 3 ədəd qırmızı güllü qazan, qiyməti 60 manat olan 1 ədəd böyük qırmızı qazan, 4 ədəd ağ-qırmızı güllü qazan, qiyməti 30 manat olan 6 ədəd ədviyyat qabı, 2 ədəd kapron saxlama qabı, qiyməti 50 manat olan 3 ədəd padnos, qiyməti 10 manat olan 2 ədəd qənd qabı, qiyməti 15 manat olan 3 ədəd uzun mürəbbə qabı, qiyməti 100 manat olan 2 ədəd meyvə qabı, qiyməti 10 manat olan 6 ədəd araq stəkanı, qiyməti 25 manat olan 3 mərtəbə şirniyyat qabı, qiyməti 10 manat olan 3 gözlü çərəz qabı, qiyməti 30 manat olan 1 qrafin 6 bakal, qiyməti 15 manat olan aşsüzən, qiyməti 10 manat olan şirli vedrə, qiyməti 10 manat olan çörək qabı, qiyməti 5 manat olan rəndə, qiyməti 50 manat olan sok çəkən, qiyməti 10 manat olan 2 ədəd kül qabı, qiyməti 30 manat olan ütü stolu, qiyməti 30 manat olan 6 ədəd çay dəsmalı, qiyməti 50 manat olan 5 ədəd əl-üz məhrəbası, qiyməti 50 manat olan 2 ədəd hamam məhrəbası, qiyməti 20 manat olan 2 ədəd süfrə, qiyməti 70 manat olan 5 ədəd qaşlı bakal, qiyməti 30 manat olan 6 ədəd balaca qaşlı bakal, 6 ədəd naxışlı uzun bakal, qiyməti 25 manat olan 6 ədəd sadə qaşlı bakal, qiyməti 30 manat olan 2 ədəd keramik konfet qabı, qiyməti 90 manat olan 6 ədəd bakal və 1 ədəd qaşlı qrafin, qiyməti 60 manat olan qara naxışlı qrafin və 6 ədəd bakal, qiyməti 30 manat olan 6 ədəd ağ qaşlı uzun bakal, qiyməti 50 manat olan 6 ədəd qaşlı fincan nəlbəki ilə, qiyməti 40 manat olan 5 ədəd uzun qara qaşlı bakal, qiyməti 50 manat olan 2 qulplu xırda güllü kamot üçün böyük qab, qiyməti 40 manat olan 2 ədəd balaca,xırda ağ güllü kamot üçün qab, qiyməti 30 manat olan 3 ədəd suvenir, qiyməti 30 manat olan yaşıl rəngli pencək, qiyməti 20 manat olan ağ-qara cızıqlı pencək, qiyməti 30 manat olan çəhrayı rəngli dəst pencək şalvar, qiyməti 15 manat olan ağ kofta, qiyməti 15 manat olan ağ köynək, qiyməti 15 manat olan çəhrayı köynək, qiyməti 15 manat olan xardal rəngli köynək, qiyməti 15 manat olan tünd göy rəngli köynək, qiyməti 20 manat olan göy rəngli vadalaska, qiyməti 50 manat olan 2 ədəd klassik şalvar, qiyməti 30 manat olan 2 ədəd göy cins şalvar, qiyməti 13 manat olan ağ rəngli çanta, qiyməti 15 manat olan yaşıl rəngli çanta, qiyməti 10 manat olan göy rəngli çanta, qiyməti 70 manat olan kosmetika dəsti, qiyməti 30 manat olan uzunboğaz çəkmə, qiyməti 30 manat olan pasanoşka, qiyməti 30 manat olan kabloklu ayaqqabı, qiyməti 15 manat olan qara şalvar, uşaqların geyimləri – qiyməti 16 manat olan göy cins, qiyməti 18 manat olan göy rəngli don, qiyməti 25 manat olan yaşıl rəngli yaz kurtkası, qiyməti 20 manat olan çəhrayı rəngli kurtka, qiyməti 15 manat olan ağ rəngli jilet, qiyməti 45 manat olan 3 ədəd don, qiyməti 50 manat olan 3 cüt ağ krasovka, qiyməti 18 manat olan ağ ayaqqabı, qiyməti 30 manat olan 2 cüt pasanoşka, qiyməti 40 manat olan uşaq oyuncaqları, qiyməti 120 manat olan Samsung A02 markalı mobil telefon, qətnamə icra olunması zamanı həmin əşyaların naturada alınması mümkün olmazsa onların dəyəri cavabdeh Şəxs alınıb iddiaçı X2 verilməsi, iddiaçının ödədiyi 50 (əlli) manat mediasiya xərcinin yarısı - 25 (iyirmi beş) manat və dövlət rüsumu kimi ödənilmiş 89.88 (səksən doqquz manat səksən səkkiz qəpik) manat pulun yarısı – 44.94 (qırx dörd manat doxsan dörd qəpik) manat cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edildi ki, Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 17 iyul 2024–cü il tarixdən saat 18:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-444/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-444/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver