Məhkəmə qərarları › İş №3(051)-447/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-447/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-447/2024 26.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Qida X1 X6 nümayəndəsi- Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Qida X1 X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Qida X1 X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X1 X6 nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən ərzaq məhsullarının satışı mağazasında xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plandankənar yoxlamanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Mərkəzi Aran regional bölmənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən ərzaq məhsullarının satışı mağazasında Şəxs tərəfindən plandankənar yoxlamanın keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında fəaliyyət göstərən ərzaq məhsullarının satışı mağazasının sahibidir. Həqiqətən də, Azərbaycan Respublikasının Qida X1 X4 tərəfindən yoxlama keçirilərkən onlar arasında alaşılmazlıq olmuşdur. Protokolda göstərilən xətanı törətdiyini etiraf edir. Yoxlamadan boyun qaçırmır. Məhkəmədən imkanının aşağı olmasını nəzərə alaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir və söz veiri ki, məhkəmənin müəyyən etdiyi vaxt ərzində törətdiyi hüquqpozmanı aradan qaldırcaq. İşə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında cavab məktubundan görünür ki, “Yusif” market adlı təsərrüfat subyektində (obyektdə) vergi ödəyicisi Şəxs (VÖEN: **********) fəaliyyət göstərir və həmin təsərrüfat subyektinin uçota alınması ilə bağlıvergi orqanına xx.xx.2024-cü il tarixli **********870000 AVİS nömrəli məktubla müraciət etmişdir. İşə əlavə olunmuş MN ******* nömrəli inzibati xəta haqqında 11 iyul 2024-cü protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında ərzaq mağazasına saat 12:45-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən orqanın vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirini keçirilməsinə maneçilik törətmiş və səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. İşə əlavə olunmuş Şəxs məhkəməyə ərizə təqdim edərək, barəsində İXM-nin 544.1-ci maddəsi ilə inzibati protokol tətbiq edilmişdir. İnzibati cəriməni şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs fəaliyyət göstərən ərzaq məhsullarının satışı mağazasında yoxlamanın keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə olunmalıdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizəsini və onun maddi vəziyyətini nəzərə alınaraq, İXM-nin 116-cı maddəsinə əsasən inizbati cərimə şərti tətbiq edilməli, törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün müddət müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393- 1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Şəxs hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu izah edilməlidir. Həmçinin Şəxs hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edililməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114,116, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Həsənov X3 Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə olunsun. İnzibati cərimə İXM-nin 116-cı maddəsinə əsasən şərti tədbiq edilsin. Hüquqpozmanı aradan qaldırmaq üçün bir ay müddət müəyyən olunsun. Şəxs hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu izah edilsin. Həmçinin Şəxs hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edililsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar