Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-448/2020 08.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 Mingəçevir şəhər Polis şöbəsinin ******* №li xx.xx.2020-ci il tarixli qərarından şikayətə baxaraq, Müəyyən etdi m : X1 şəhər Polis şöbəsinin İİB-nin rəisi Ceyhun Nuriyevin MN 060538 №li xx.xx.2020-c il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən “On may” hazırlıq kursunun rəhbəridir. Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola görə “On may” hazırlıq kursunda dərslər zamanı şagirdlərin fərdi qoruyucu vasitələrdən istifadə etməmələri, ara məsafəni saxlanılmaması aşkar edilmişdir. Halbuki xx.xx.2020-ci ildə kursun binasında dərslər keçirilməyibdir. Ümumiyyətlə, xx.xx.2020-ci ildən kursun binası fəaliyyət göstərməyibdir. Dərslər yalnız internet vasitəsi ilə onlayın keçirilibdir. Belə ki, şagirdlər evlərindən kompüter vasitəsi ilə müəllimlərlə əlaqə saxlayırdılar. Bundan əlavə əgər GEM-nin işçiləri kursda hər hansı bir tələbənin fərdi qoruyucudan istifadə etməməsini və sosial məsafəni saxlamamasnı aşkar etmişlərsə, bu barədə protokol tərtib edilən zaman onun və ya kursun hər hansı bir nümayəndəsinin iştirakını da təmin etməli idi. Hesab edir ki, GEM protokolu kursda tərtib etməyibdir. Çünki həmin günlər ümumiyyətlə kursun binası açıq olmayıbdır. Bütün bu hallar araşdırılmadan onun barəsində İXM-nin 218-ci maddəsi ilə protokol tərtib edilmiş, inzibati xəta haqqında protokola baxılmış və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 300 manat cərimə olunmuşdur. Bundan əlavə İXM-nin 218-ci maddəsinin “On may” hazırlıq kursunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, Mingəçevir şəhər PŞ-nin ******* №li xx.xx.2020-ci tarixli qərarı qanunsuzdur. Ona görə də həmin qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər GEM-nin direktoru X6 tərəfindən X4 barədə tərtib edilmiş ******* №li xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, “On may” kursunda xidmət göstərənlərin və iştirakı edən şagirdlərin bəziləri fərdi qoruyucu vasitələrindən istifadə etmir, sosial-məsafə saxlamırlar, uşaqların sayı normadan artıqdır, nəticədə C.Sultanova İXM-nin 218-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər PS-nin İTB-nin rəisi, polis mayoru Ceyhun Nuriyevin ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-nin 218-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında şəxsin nümayəndəsi tərəfindən imzalanır. Lakin inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Ceyran Sultanova da məhkəmə iclasında verdiyi izahatında barəsində protokol tərtib edilməsindən məlumatı olmadığını, eləcə də həmin vaxtlar kursun binasının açıq olmadığını, dərslərin onlayn vasitəsi ilə keçirildiyini bildirdi. Bundan əlavə inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, “On may” hazırlıq kursunda xidmət edənlərin və şağırdlərin bəziləri qoruyucu vasitələrdən istifadə etmir, ara məsafəsi gözləmirlər. Qeyd edilən pozuntular nəzərə alınmaqla X5 şəhər PS-nin İTB-nin rəisinin xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, cərimə edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsinə görə tibbi, kosmetoloji, bərbərxana xidmətləri eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur ki, bunların da inzibati xəta haqqında protokolda, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən pozuntularla, eləcə də, “On may” hazırlıq kursunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Ceyran Sultanovanın əməlində Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsinin tərkibi yoxdur. Eləcə də barəsində qərar qəbul edilmiş Ceyhun Sultanovanın rəhbərlik etdiyi “On may” kursunda xx.xx.2020-ci il tarixdə kursun binasında dərslər keçirilməsi, kursda xidmət edənlərin, şagirdlərin qoruyucu vasitələrdən istifadə etməmələri iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ceyran Sultanovanın əməlində İXM-nin 218-ci maddəsinin tərkibi olmadığına görə barəsində olan Mingəçevir şəhər PS-nin İTB-nin rəisi C.Nuriyevin ******* №li xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126,128- 134-cü maddələrini rəhbər tutub Qərara aldım: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Mingəçevir şəhər PS-nin İTB-nin rəisi, polis mayoru Ceyhun Nuriyevin ******* №li xx.xx.2020-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-448/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-448/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver