Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-450/2024 31.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 38, mənzil 81-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə iddiaçı Zərərçəkmiş şəxs, övladları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsində yerləşən (şərti olaraq ünvan 2 ünvanı adlandırılan) və cavabdeh X7 tərəfindən xx.xx.2014-cü il tarixli, 4Ə-791 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh Şəxs bağışlanmış 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş və cavabdeh Şəxs yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra vərəqəsindəki tələbin yerinə yetirilməsinə maneçilik törətmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək icra vərəqəsinin yerinə yetirilməsinə maneçilik törətməkdə davam etmişdir. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-274/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 4 uşağı vardır. Həmin uşaqların haqqını verməyəcəkdir. O ev uşaqların evidir. Onun bununla yanaşı 1 otaqlı evi və torpaq sahəsi vardır. Onlar həmin evi Almanyadan gəlib tikdirmişlər. Həmin ev bağışlanma yolu ilə borclunun adına olmuşdur. Həmin ev borclunun adına olmuşdur. Başqa heç kəsin adına olmamışdır. Onlar 2009-da evlənmişlər. Bu ev 2014-də bağışlanma yolu ilə borclunun adına olmuşdur. Onda olan əmlaklarını da tələb edir. O 20000 manatı götürməyəcəkdir. O ev köhnə tipli evdir və balkonsuzdur. O, borclu tərəfindən verilən təklifə razı deyildir. O, borclu ilə razılaşmaq istəmir. Odur ki, borclu barədə qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Uşaqları üçün 1 otaqlı ev verməyə razıdır. Atası və anası da həmin evdə yaşayır. 2 otaqlı evə onun imkanı çatmır. Digər bir evin verilməsini tələbkara təklif etmiş, lakin tələbkar qəbul etməmişdir. 1 otaqlı evdir. Balkonsuzdur. Hazırda özü orada yaşayır. Həmin evi tələbkara verməyə hazırdır. Lakin tələbkar bu təklifi qəbul etmir. Həmin mənzil Mingəçevir şəhərində 41-45 adlandırılan əraziyə yaxın bir yerdədir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs, övladları xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsində yerləşən (şərti olaraq ünvan 2 ünvanı adlandırılan) və cavabdeh X7 tərəfindən xx.xx.2014-cü il tarixli, 4Ə- 791 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh Şəxs bağışlanmış 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş və cavabdeh Şəxs yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan bildiriş və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-274/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Paşayev X2 Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manatı məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-450/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-450/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver