Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-450/2025 29.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Mingəçevir şəhəri, X1 küçəsi, ev 11, mənzil 23 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxsnın barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-81/2025 saylı icra sənədinin icrası ilə əlaqədar 1966 manat pul məbləğini ödəməmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək borclunun borcu tam ödədiyindən onun barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna, tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, borclunun və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-81/2025 saylı icra vərəqi üzrə yaranmış 1966 manat məbləğində pul borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-81/2025 saylı icra vərəqəsinin surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.2013-cü il tarixdə doğulmuş Hüseyn və xx.xx.2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)- 934/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 180 (bir yüz səksən) manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli, cəmi (iki uşaq üçün) 1.04 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-81/2025-003 saylı icra sənədində göstərilən tələbi Şəxs 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-81/2025-003 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Mingəçevir şəhər İcra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-934/2024 saylı icra sənədi üzrə borclu Şəxs izahatı alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-450/2025 saylı qərardadından görünür ki, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, X1 küçəsi, ev 11, mənzil 23 ünvanında yaşayan Şəxs məhkəmə iclasına gəlmədiyi üçün 25 iyul 2025-ci il tarixə, saat 11:40-da məhkəmə iclasına gətirilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-450/2025 saylı qərarından görünür ki, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, X1 küçəsi, ev 11, mənzil 23 ünvanında qeydiyyatda olan Şəxs Mingəçevir Şəhər Məhkəməsinə gətirilməsi və Şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(051)-450/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu borcunu tam ödəmiş, protokolu tərtib etmiş icra məmuru onun barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Ona görə də, Azərbaycan Respublikası CPM-in 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. AR İXM-nin: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Ona görə də məhkəmə hesab edir ki, icra məmurunun ərizəsinə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalı və inzibatı xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və AR CPM-in 314.2-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 105, 112, 114, 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın və inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-450/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-450/2025
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver