Məhkəmə qərarları › İş №3(051)-451/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-451/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-451/2021 29.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, Brəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamanl rayonu 3-cü Yasamal küçəsi ev 61 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs 13.02.2021-ci il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhəri Şəfa Bağ massivində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, X3 ilə qeyri-rəsmi ailə münasibətlərində Leylaya məxsus Mingəçevir şəhər “Şəfa” bağ massivində yerləşən evdə yaşayırlar. 13.02.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadıqları evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı L.Hüseynovanı əli ilə vurmuşdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs L.Hüseynova ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasnda izahatında bildrdi ki, 13.02.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində Mingəçevir şəhəri Şəfa Bağ massivində yaşadığı evdə Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elçin onu vurmuşdur. Şəxs ilə barışmışlar, ondan heç bir şikayəti və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 14.02.2021-ci il tarixli 87 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sol bazu nahiyyəsində, alt çənədə qançırlar və sağ dizində sıyrıq küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirlimə müddəti qərarda göstərilən 13.02.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, Şəxs əməlindən peşiman olmasını nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar