Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-452/2025 15.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Rayon Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İcra sənədi üzrə borclu Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri Naxçıvan küç. ev 50/2, mənzil 36-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir, ona görə ki, o, Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-23/2014 saylı icra vərəqəsi üzrə yaranmış cəmi 8040 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında bildirdi ki, borclu Şəxs hazırda aliment borcundan 200(iki yüz) manat ödəniş etmiş, 7840 manat qalıq borcu qalmışdır. Borclu növbəti aylarda aliment borcundan 150-200 manat ödəniş edəcəyinə söz vermişdir. Odur ki, qeyd olunanları nəzərə alınıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında bildirdi ki o, maddi imkansızlığı səbəbindən aliment borcunu vaxtında ödəyə bilməmişdir. Bildirmişdir ki, bir neçə gün əvvəl tikinti materiallarının satışı yerində əmək fəaliyyətinə başlamış, bu fəaliyyət nəticəsində borcun bir hissəsindən 200(iki yüz) manat ödənilmişdir. Borclu tərəfindən borcun ödənilməsinə başlanması və gələcək aylarda mütəmadi şəkildə ödəniş edilməsi niyyətini nəzərə alınaraq, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-23/2014 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 65 manat alimentin tutulub tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(014)-23/2014 saylı icra vərəqəsi üzrə yaranmış 8040 manat aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli “Qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakın aşkar edilməməsi haqqında” tərtib olunmuş aktdan görünür ki, borclu Şəxs məxsus tələbin üzərinə yönəldilə biləcək əmlakı aşkar olunmamışdır Materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. Materiala əlavə olunmuş borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, borclu işsiz olduğu üçün ödəmə imkanının olmadığını işləyəcəyi təqdirdə yaranmış 8040 manat aliment borcundan ödəniş edəcəyini göstərmişdir. Materiala əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, borclu Şəxs adına qeydiyyata alınmış hər hansı daşınar və ya daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmənin gəldiyi nəticə: İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu X2 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu, icra məmurunun izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qəsdən yayınması müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı borcluya aliment borcundan ödənişin edilməsi üçün vaxt verilmiş, borclu həmin vaxt ərzində borcdan 200 manat ödəniş etmiş və məhkəmə iclasında izahat verərkən yeni işə düzəldiyi üçün hazırda aliment borcunu hissə-hissə ödəmək imkanına malik olduğunu qeyd etmiş, həmçinin aliment borcunun azaldılması məqsədi ilə hər ay məhkəmə qərarında göstərilən məbləğdən də artıq aliment ödənişi edəcəyinə söz vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-452/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-452/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver