Məhkəmə qərarları › İş №3(051)-453/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-453/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-453/2025 15.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu, Daşlı ərazi dairəsi, Vəlibəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Şirvan Şəhər Məhkəməsinin e-16(032)-117/2024 saylı xx.xx.2024-cü il tarixli və Şirvan Şəhər Məhkəməsinin 2(032)-404/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə 1130 manat məbləğində aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamələrin tələblərinə məhəl qoymaraq icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şirvan Şəhər Məhkəməsinin e-16(032)-117/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 21 mart 2024-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın saxlanılması üçün əvvəli ərizə verildiyi gündən, yəni 11 dekabr 2024-cü il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-404/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 21 mart 2024-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2025-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay (2025-ci il tarixə) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində sabit pul məbləğində aliment tutulması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş olan mediasiya xərci olaraq 60 (altmış) manatın cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə onun 1130 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 1130 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, borcun tam ödənilməsini, əks halda Şəxs 1 ay müddətə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şirvan Şəhər Məhkəməsinin 2(032)-404/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 21 mart 2024-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2025-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay (2025-ci il tarixə) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak etməmişdir. Alimentin təyin edilməsini tələbkar tərəf telefon vasitəsilə bildirmişdir. Lakin alimentin tutulmasının hansı tarixdən hesablanmasını deməmişlər, bu səbəbdən aliment borcu yaranmışdır. Məhkum olunmuşdur və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bu səbəbdən iş tapa bilməmişdir. Hal-hazırda isə qeyri-rəsmi olaraq ofisiant işləyir və aliment borcunu ödəmək üçün vaxt verilməsini istəyir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin e-16(032)-117/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 21 mart 2024-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın saxlanılması üçün əvvəli ərizə verildiyi gündən, yəni 11 dekabr 2024-cü il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-404/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 21 mart 2024-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2025-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay (2025-ci il tarixə) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində sabit pul məbləğində aliment tutulması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş olan mediasiya xərci olaraq 60 (altmış) manatın cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edildi ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin e-16(032)-117/2024 saylı xx.xx.2024-cü il tarixli və Şirvan Şəhər Məhkəməsinin 2(032)-404/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmış, bu zaman icra sənədlərində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 15 iyul 2025–ci il tarixdən saat 11:40-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar