Məhkəmə qərarları › İş №3(051)-455/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-455/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-455/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclasının katibi Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.1 və 332.3-cü maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində X1 məxsus «QAZ 2410 MİNİK» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhər A.Məmmədov küçəsi ilə Ə.Vahid küçəsinin kəsişməsində işiqforun qadağan edici işarəsinə tabe olmayaraq “VAZ 2107” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində arvadı X1 məxsus “QAZ 2410 MİNİK” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin A.Məmmədov küçəsi ilə Ə.Vahid küçəsinin kəsişməsində işıqforun qırmızı işığında onun qarşısında onunla eyni istiqamətdə olan hərəkətdə olan “VAZ 2107” markalı 55 BO 189 dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O, həmin maşınla ara məsafəsi saxlamamış və nəticədə işıqforun qırmızı işığında dayanmış həmin avtomobilin arxa hissəsinə onun avtomobilinin qabaq hissəsi dəyərək toqquşmuşdur. Toqquşma zamanı heç bir xəsarət alan olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1, 339.1-1, 332.4, 327.1 və 332.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddələr ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakmi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar