Məhkəmə qərarları › İş №3(051)-456/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-456/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-456/2020 30.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, İcra və Probasiya şöbəsinin icra məmuru X6, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 №li evin, 45 №li mənzilində ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi üzrə uşaqla görüşə mane olduğuna görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X3 hər həftənin çərşənbə və şənbə günləri saat 15:00-dan 17:00-dək uşağı, xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. Əvvəl uşağın xəstəliyi və müalicəsi ilə əlaqədar tələbkar Sevinc Əliyevanın uşaqla görüşünü həyata keçirmək mümkün olmamışdır. Hazırda tələbkarla razılığa gəlmişlər. O, tələbkarın uşaqla görüşməsinə etiraz etməmişdir və etiraz etmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hər həftənin çərşənbə və şənbə günləri saat 15:00-dan 17:00-dək uşağı, xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtının müəyyən edilmişdir. Əvvəl uşaqla görüşməsi mümkün olmamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 hər həftənin çərşənbə və şənbə günləri saat 15:00-dan 17:00-dək uşağı xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtının müəyyən edilmişdir. Borclu uşağı görüşə gətirmədiyinə görə onun barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda tərəflər uşaqla görüş barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində uşaqla görüşə mane olması ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs əməlində uşaqla görüşə mane olması ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar