Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-456/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6, “X1 Dəstək” İctimai Birliyinin rəhbəri X8 və “X1 X5” vəzifəli şəxsi X2 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən «X1 Dəstək» İctimai Birliyinin barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindan daxil olmuş inzibati materiala baxaraq Müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Z.Q.Allahverdiyev tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, 2021-ci il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. «X1 Dəstək» İctimai Birliyi barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Z.Q.Allahverdiyev tərəfindən inzibati protokol tərtib edilərək, barəsində inzibati tədbir görülməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, «X1 Dəstək» İctimai Birliyi 2021-ci il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X1 Dəstək” İctimai Birliyinin rəhbəri X8 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, “X1 Dəstək” İctimai Birliyinin 2021-ci il üzrə maliyyə hesabatlarını hazırlayaraq Birliyin baş mühasibi X3 təqdim etmişdir. “X1 Dəstək” İctimai Birliyinin baş mühasibi X4 məhkəmə iclası zamanı şahid qismində verdiyi izahatında göstərdi ki, o, “X1 Dəstək” İctimai Birliyində 2020-ci ildən baş mühasib vəzifəsində çalışır. İllik maliyyə hesabatını əvəllər bir dəfə göndərib və heç bir problem olmamışdır. 2021-ci ilin maliyyə hesabatını Vaqif Həsənov hazırlayaraq ona təqdim etmişdir. 2021-ci ildə heç bir fəaliyyət olmadığı üçün hesabat boş göndərilməlidir. O isə hesabatı səhvən göndərməmişdir. Ona görə də, özünün vəzifəli şəxs kimi inzibati cərimə ediməsini məhkəmədən xahiş edir. Məhkəmə iştirakçıların izahatlarını və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, «X1 Dəstək» İctimai Birliyinin vəzifəli şəxsi X2 əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «X1 Dəstək» İctimai Birliyinin vəzifəli şəxsi X2 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: «X1 Dəstək» İctimai Birliyinin vəzifəli şəxsi X4 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-456/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-456/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver