Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-456/2023 24.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, “Nur 1” firması barəsində X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə “Nur 1” firması barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Buna baxmayaraq, hazırki xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında məlumat, yəni onun hüquqi ünvanı qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halın protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Nur 1” firması barəsində X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-456/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-456/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver