Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-459/2021 19.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X4 oğlunun iştirakı ilə, X1 Mingəçevir şəhər X2 Xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsinin 02 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. A.Kərimov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o ünvan 1 ünvanda yerləşən 64 SMD yataqxanasının 61 saylı otağında məskunlaşıb yaşayır. Məskunlaşdığı ərazi H.Əliyev muzeyinin yanında yerləşir. 02.05.2021-ci il tarixdə o saat 12 radələrində işi ilə əlaqədar məskunlaşdığı binadan çıxıb üzünə maska taxıb H.Əliyev heykəli ilə üz-bəüz yaxınlaşanda ona maska taxmasıyla bağlı cərimə olunacağını bildirmişdir. O üzərində maska olunduğunu bildirməsinə baxmayaraq Tekstilni adlandırılan ərazidə yerləşən polis məntəqəsinə apararaq, ona protokol tərtib edildi. O izahatında qeyd etdi ki, polis əməkdaşı ona MN saylı ******* saylı inzibati xəta haqqında protokol təqdim etmişdir. O maska taxmadığını təsdiq edən sübut təqdim edilməsinə və ərazidə yerləşən videoçəkilişə baxmağı təklif etsə də polis əməkdaşı bunu etməmişdir. Protokola əsasən o guya AR İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Protokolda bu faktın toplanmış materiallarla sübut olunduğu qeyd olunsada toplanmış materiallarla sübut olunduğu qeyd olunsada toplanmış material nədən ibarət olduğu qey edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları əsas tutaraq MN saylı ******* saylı inzibati xəta haqqında protokolun ləğvinə dair qərar çıxarılmasını xahiş edir. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materialları, şikayət vermiş şəxsin izahatı və iş materiallarından görünür ki, 02.05.2021-ci il tarixli inzibati xəta haqqında qərar tam əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Adil Kərimov həqiqətən də yoxlanılarkən tibbi maskası olmaması müəyyən olunduğu üçün barəsində inzibati protokol tərtib edilmişdir. A.Kərimov protokolla razı olmadığı üçün müvafiq qərarın çıxarılması məqsədi ilə Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. 02.05.2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsi tərəfindən Adil Kərimovun barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati qərar çıxarılaraq 200 manat cərimə olunmuşdur. İş materiallarından və A.Kərimovun məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o Mingəçevir şəhər H.Əliyev muzeyinin yanında yaşadığı binadan çıxıb tibbi maskasız hərəkət edərkən karantin rejimi qaydalarını pozmuşdur. Lakin nə qanunvericilikdə nə də Nazirlər Kabinetinin müvafiq qərarında bu cür üstünlük verəcək və ya icazə növü mövcud deyil. Bu səbəbdən də potokol və qərar tam əsaslıdır. A.Kərimov onun tərəfindən heç bir hüquqpozmanın olmamasını bildirsə də bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün halları müqayisəli şəkildə təhlil edib əsaslanaraq hesab edirəm ki, A.Kərimovun şikayəti tam əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim: X1 Mingəçevir şəhər X2 Xəta haqqında 02 may 2021-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-459/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-459/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver