Məhkəmə qərarları › İş №3(051)-459/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-459/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-459/2022 25.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1963–cü il tarixdə Ağdam rayon, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi A77 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikası İXM-in 535.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclası zamanı oz izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsi ərazisində Kia Ceed markalı **-SB-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən işıq cihazından düzgün istifadə etmədiyi üçün polis əməkdaşlarıtərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşanda onun sərxoş olduğu hiss olunmuş, onu tibbi müayinədən keçirmək istəyəndə isə sürücü polis əmkdaşlarına mane olmağa və mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etsələr də, qanuni tələblərə tabe olmamağa başlamışdır. Bundan sonra o çağırılmış, ona məlumatlar verilmiş və Şəxs barəsində AR İXM 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında xx.xx.2022-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsi ərazisində Kia Ceed markalı **-SB-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən saxlanılmışdır. Sərxoş vvəziyyətdə sürdüyünə görə narkoloji dispansere aparılmışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Lakin onlara qarşı müqavimət göstərdiyinə görə onu polis əməkdşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün gətirilmişdir. Lakin əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid polis baş serjantı X6 oz ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsi ərazisində Kia Ceed markalı **-SB-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəfimizdən saxlanılmışdır. Sürücüyə yaxınlaşanda sərxoş olduğu hiss olunmuş, onu tibbi müayinədən keçirmək istəyəndə isə sürücü bizə mane olmağa və mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etsək də, qanuni tələblərimizə tabe olmamağa başladı. Daha sonra biz sürücünü ŞPŞ-nə gətirdik. Barəsində inzibati protokol tərtib olundu. Əlavə olaraq barəsində inzibati xəta haqqında ptrotokol tərtib edilmiş Şəxs onlardan üzr istəmişdir. Məhkəmə iclasında iştirak edən şahid polis baş serjantı X6 oz ifadəsində digər şahidin verdiyi ifadə ilə eyni məzmunda ifadə verdi və əlavə olaraq barəsində inzibati xəta haqqında ptrotokol tərtib edilmiş X3 onlardan üzr istədiyini bildirdi. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:05 radələrində şəhərin Təbriz küçəsində Kia Ceed markalı **-SB-*** dövlət nişan qeydiyyatlı avtomobilin sahibi Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 02:05 –də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsi ərazisində Kia Ceed markalı **-SB-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkət edərkən avtomobilin işıq cihazından düzgün istifadə etməməklə inzibati xətanı törədən zaman, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar