Məhkəmə qərarları › İş №3(051)-459/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-459/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-459/2023 19.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Ağdam rayonu, Xaçındərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1552247 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs Rəsmiyyə Kazımova ilə tanışlıq əlaqələri var. Rəsmiyənin lotereyaya qoyduğu puldan 2000 manat və 1500 manat dəyərində qızıl borcu vardır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Rəsmiyə onun yaşadığı ünvana gələrək səs-küy salmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Lakin o, Rəsmiyyə Kazımovanı döyməmişdir. Rəsmiyyə özü özünə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs ilə tanışlıq əlaqələri var. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəxs ilə aralarında olan pul məsələsi ilə bağlı yaranmış narazılığı aradan qaldırmaq məqsədi ilə Şəxs yaşadığı ünvana getmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Şəxs mətbəxdə olan qənd qabını qəsdən onun baş nahiyəsinə vurub onu döymüşdür. Bu səbəbdən də polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 223 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sağ təpə nahiyyəsində və sağ said nahiyyəsində qançırlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, qadın olmasını nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar