Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-46/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs X1, X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Vəkillər Bürosunun yaxınlığında Nazim Rəsulov, Aliyə Rəsulova və Əfsanə Rəsulova ilə aralarında yaranmış mübahisə zamanı ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Aliyə Rəsulova onun keçmiş qudasıdır. Təxminən 3 ay öncə onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə prosesi bitəndən sonra, onunla Əfsanə Rəsulova və Aliyə Rəsulova ilə aralarında mübahisə yaranmışdır. Lakin o, ucadan səs-küy salmamış və ictimai qaydanı pozmamışdır. X6 və Əfsanə Rəsulova ilə barışmışlar. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X1 izahatında göstərdi ki, Şəxs onun keçmiş qudasıdır. Şəxs və qızı Sevinc Rəsulova onun gəlinin Əfsanə Rəsulova ilə arasında mübahisə yaranmış, və bununla bağlı onlar Mingəçevir ŞPŞ-nə müraciət etmişlər və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi bitəndən sonra onunla Şəxs ilə aralarında mübahisə yaranmışdır. Hazırda Şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun yaxınlığında Aliyə Rəsulova və Əfsanə Rəsulova ilə aralarında sözlü mübahisə yaradaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.1–ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75.0.1–ci maddəsində inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Tərəflərin izahatı, iş materialları ilə müəyyən olunur ki, Şəxs ilə Aliyə Rəsulova arasında məhkəmə iclası bitdikdən sonra sözlü mübahisə olmuş, mübahisə ictimai xarakter daşımamışdır. Belə ki, Şəxs keçmiş qudası onlardan əl çəkməyi, qızı Sevinc övladını böyütməyə imkan verməyi xahiş etmiş, keçmiş qudası isə onun qızı Sevinc Rəsulovanın nəvəsini ona göstərməməsinə irad bildirmişdir. Hazırda Şəxs Aliyə Rəsulova və Əfsanə Rəsulova ilə barışmışdır. Zərərçəkmiş şəxslərin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə tərəflər arasındakı mübahisənin ictimai xarakter daşımadığını nəzərə alaraq hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-46/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-46/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver