Məhkəmə qərarları › İş №3(051)-461/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-461/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-461/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 262.2-ci maddəsi ilə 8 saylı Regional Ekologiya və X1 tərəfidən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsiilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, həmin protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol natamam tərtib olunmuşdur. Aşağıdakılara əsasən hesab edirəm ki, həmin protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol natamam tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol tərətib olunub məhkəməyə verilərkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmadığı müəyyən oldunmuşdu. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol natamam olduğuna görə həmin material onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 262.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar