Məhkəmə qərarları › İş №3(051)-461/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-461/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-461/2022 12.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(107)-2170/2020 saylı icra vərəqəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 910/2020 nömrəli qətnaməsinin “13 sentyabr 2019-cu il tarixdə anadan olmuş X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi və cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. Şəxs Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(107)-2170/2020 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(107)-2170/2020 saylı icra vərəqəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 910/2020 nömrəli qətnaməsinin “13 sentyabr 2019-cu il tarixdə anadan olmuş X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi və cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(107)-2170/2020 saylı icra vərəqəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 910/2020 nömrəli qətnaməsinin “13 sentyabr 2019-cu il tarixdə anadan olmuş X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi və ondan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. 2022-ci il iyul ayı da daxil olmaqla yaranmış 1100 manat aliment borcundan 800 manat ödəniş etmişdir. Yerdə qalan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılığa gəliblər. İşə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Şəxs yaranmış 1100 manat aliment borcundan ümumilikdə 800 manat ödəniş etmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən X5 barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar