Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-461/2023 22.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə 07 avqust 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 16 aprel 2023-cü il tarixdə X2 məxsus Mingəçevir şəhəri Günəşli bağ massivində 7-ci küçədə yerləşən bağ evindən 200 metr uzunluğunda 4-lük kabeli talayaraq zərəçəkmiş şəxsə ümumillikdə 80 manat dəyərində ziyan vurmuşdur. Şəxs özünün təqsirli bilərək bildirdi ki, narkotik vasitə aludəçisi olduğu üçün 16 aprel 2023-cü il tarixdə X2 məxsus X2 məxsus Mingəçevir şəhəri Günəşli bağ massivində 7-ci küçədə yerləşən bağ evindən 200 metr uzunluğunda 4-lük kabeli oğurlamışdır. Oğurladığı əşyaları tanımalığı naməlum şəxslərə satmışdır. Hal-hazhırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərəçəkmiş şəxloə barışıq əldə etmişdir. Ona görə də barəsəində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatın uyğun məzmunda izahat verərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi ollmamasını bildirərək Şəxs barəsəində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X4 xx.xx.2023-cü il tarixdə X3 nu döymüşdür. Bununla belə o, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.0.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən.imza var Əsli ilə düzdür. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-461/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-461/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver