Məhkəmə qərarları › İş №3(051)-463/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-463/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-463/2025 04.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 şöbəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X7 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə 01 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası İXM-in 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə Murad Şıxıyevin əmək haqqından tutulması məqsədi ilə onun iş yerinə göndərilsə də, Şəxs tərəfindən inzibati cərimə Murad Şıxıyevin əmək haqqından tutulmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs xx.xx.2025-ci il tarixində Mingəçevir Şəhər Məhkəməsinə ərizə (vəsatət) ünvanlayaraq sahibkarlıq fəaliyyəti ilə Bakı şəhərində fəaliyyət göstərməyinə baxmayaraq, hazırda Mingəçevir şəhərində yaşadığı üçün işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 şöbəsinin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, inzibati tənbeh vermə haqqında 22 aprel 2025-ci il tarixli qərara əsasən X3 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat inzibati cərimə tətbiq olunmuşdur. İnzibati tənbeh vermə haqqında 18 mart 2025-ci il tarixli qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə X3 tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 1500 manat inzibati cərimə tətbiq olunmuşdur. xx.xx.2025-ci il tarixdə Şəxs ilə X3 arasında əmək müqaviləsi bağlanmış, Murad Şıxıyev aşpaz kimi işə götürülmüşdür. X1 əmək haqqından hər ay 50% olmaqla 2500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə, 3 gün ərzində Xidmətin X7 şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilsə də, hazırki vaxtadək Şəxs tərəfindən lazımi tədbirlər görülməmişdir. Bu səbəbdən onun barəsində MN seriyalı ******* saylı, 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 şöbəsi tərəfindən 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 18 mart 2025-ci il tarixli, MN1809655 nömrəli inzibati tənbeh vermə haqqında qərar və həmin Məcəllənin 192.3-cü maddəsinə əsasən, 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 22 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs ilə X3 arasında əmək müqaviləsi bağlanmış, Murad Şıxıyev aşpaz kimi işə götürülmüşdür. X1 əmək haqqından hər ay 50% olmaqla 2500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsinə dair ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 şöbəsi tərəfindən məktub göndərilmiş, lakin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə onun cərimə ediləcəyindən məlumatı olmamışdır. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, X3 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat inzibati cərimə tətbiq olunmuşdur. İnzibati tənbeh vermə haqqında 18 mart 2025-ci il tarixli qərardan görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə X3 tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 1500 manat inzibati cərimə tətbiq olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə Şəxs ilə X3 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X3 aşpaz kimi işə götürülmüşdür. İşdə olan DƏMX-nin X7 Şöbəsinin Şəxs ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 şöbəsi tərəfindən 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 18 mart 2025-ci il tarixli, MN1809655 nömrəli inzibati tənbeh vermə haqqında qərar və həmin Məcəllənin 192.3-cü maddəsinə əsasən, 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 22 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən, X1 əmək haqqından hər ay 50% olmaqla 2500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə, 3 gün ərzində Xidmətin X7 şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilmiş, əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan DƏMX-nin X7 Şöbəsinin Şəxs ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 əmək haqqından hər ay 50% olmaqla 2500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə, 3 gün ərzində Xidmətin X7 şöbəsinə yazılı formada məlumat verilməsi üçün xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-Ə-48136/2025 nömrəli məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma həyata keçirilməmişdir. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin etməsi və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, DƏMX-nin X7 Şöbəsi tərəfindən bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında 22 aprel 2025-ci il tarixli və 18 mart 2025-ci il tarixli qərarlar əsasında X1 1000 manat və 1500 manat olmaqla, cəmi 2500 manat məbləğində inzibati cərimənin icrası işəgötürən Şəxs tərəfindən təmin olunmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə X3 arasında bağlanmış əmək müqaviləsinə əsasən X3 aşpaz kimi işə götürülmüşdür. Bununla da vəzifəli şəxs kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən, həmçinin icraatı rədd edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5. bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar