Məhkəmə qərarları › İş №3(051)-464/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-464/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-464/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdərə rayonu, İmarət-Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri Sağ Sahil yarımçıq mehmanxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmənin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə qonşu olmuşlar, əvvəllər münasibətləri normal olmuşdur. Lakin Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 53 saylı Kəlbəcər rayon ümumi orta məktəbində Novruz bayramı ilə əlaqədar olan şənlikdə onun və Ayşən Musayevanın övladlarını şənlikdən çıxartdığı üçün o və A.Musayeva Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişlər və bu barədə toplanmış material Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmədən çıxdıqdan sonra məhkəmənin qarşısında aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs sinəsindən itələmişdir. Zərərçəkmiş şəxs ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 53 saylı Kəlbəcər rayon ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyir. Şəxs ilə qonşu olmuşlar, əvvəllər münasibətləri normal olmuşdur. Lakin o, xx.xx.2023cü il tarixdə 53 saylı Kəlbəcər rayon ümumi orta məktəbində Novruz bayramı ilə əlaqədar olan şənlikdə Şəxs və Ayşən Musayevanın övladlarını şənlikdən çıxartdığı üçün Şəxs və X3 şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişlər və bu barədə toplanmış material Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmənin zalında olduqları zaman bir-birlərinə qarşılıqlı olaraq kobud sözlər işlətmişlər. Məhkəmə qurtardıqdan sonra Mingəçevir şəhər məhkəməsinin qarşısında aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs əli ilə vuraraq onu döymüşdür. Hazırda Şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 269 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- döş qəfəsində, sol bazuda qançırlar, sol said nahiyyəsində sıyrıqlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdirlər, yetirlimə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar