Məhkəmə qərarları › İş №3(051)-464/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-464/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-464/2025 22.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəxs MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X9 Şöbəsi tərəfindən "Mingəçevir İnşaat” MMC-nin icraçı direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə 01 iyul 2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "Mingəçevir İnşaat” MMC-də xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə Elşad Əhmədovun əmək haqqından tutulması məqsədi ilə onun iş yerinə göndərilsə də subyekt tərəfindən inzibati cərimə əmək haqqından tutulmamışdır. Bununla da, "Mingəçevir İnşaat” MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran şöbəsinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən "Mingəçevir İnşaat” MMC-nin icraçı direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 1000 ( min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 25 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 150.5.1 -ci maddəsinə əsasən bu Məcəllənin 150.1 -ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Qeyd olunanlara əsasən "Mingəçevir İnşaat” MMC-nin direktoru X3 əmək haqqından hər ay 50% olmaqla 1000 (min) manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Regional şöbəyə yazılı formada məlumat verilməsi xahiş edilsə də, hazırki vaxtadək X5 tərəfindən lazımi tədbirlər görülməmişdir. Bu səbəbdən onun barəsində MN seriyalı ******* saylı, 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında "Mingəçevir İnşaat” MMC-nin icraçı direktoru X5 çıxış edərək bildirmişdir ki, İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində tətbiq olunmuş 1000 manat inzibati cəriməni ödəməyə maddi imkanı yoxdur, qeyd olunan hüquqi şəxs hal-hazırda fəaliyyətini dayandırmışdır. Ona görə məhkəmədən maddi vəziyyətinin nəzərə alınaraq hal-hazırki iş üzrə barəsində inzibati tənbehin tətbiq olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İş materiallarında olan 25 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "Mingəçevir İnşaat” MMC-nin direktoru X5 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat inzibati cərimə tətbiq olunmuşdur. İş materiallarında olan DƏMX-nin X9 Şöbəsinin "Mingəçevir İnşaat” MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 25 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə bağlı "MİNGƏÇEVİR İNŞAAT” MMC-nin direktoru X3 əmək haqqından hər ay 50% olmaqla 1000 (min) manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Regional Şöbəyə yazılı formada məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan DƏMX-nin X9 Şöbəsinin "Mingəçevir İnşaat” MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "MİNGƏÇEVİR İNŞAAT” MMC-nin direktoru X5 inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsi ilə bağlı başlanılmış inzibati xəta haqqında icraatda iştirak etməsi üçün şöbəyə dəvət olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1 -ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, DƏMX-nin X9 Şöbəsi tərəfindən bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq 25 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə qəbul olunmuş 1000 manat inzibati cərimənin icrası "Mingəçevir İnşaat” MMC-nin direktoru X5 tərəfindən təmin olunmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın vəzifəli şəxs kimi X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar