Məhkəmə qərarları › İş №3(051)-466/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-466/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-466/2025 22.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 iştirakı ilə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından, barəsində qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadənin 01 iyul 2025-ci il tarixli EQ 28972609 saylı qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan görünür ki, 01 iyul 2025-ci il tarixdə Ağdaş şəhəri M.İsayev küçəsi saat 17:19 radələrində hərəkətdə olduğu zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması müəyyən edilir. Həmin qərar tamamilə qanunsuzdur, əsassızdır və qərəzli xarakter daşıyır. Belə ki, həqiqətən də o, xx.xx.2025-ci il tarixdə ona məxsus olan VAZ 21150 markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olan zaman yol kənarında dayanmış avtomobilin onun idarə etdiyi avtomobilin qabağına çıxması səbəbindən məcburən son zərurətdən yoluna çıxan avtomobili vurmamaq üçün düz xətti idarə etdiyi avtomobilin şinləri ilə tapdalamalı olmuşdur. Həmin hadisənin kamera görüntüləri mövcuddur. Hadisə ilə bağlı Ağdaş rayon Polis Şöbəsinin DYPİ-nin əməkdaşı polis mayoru Etibar müəllimin yanında olmuş, kamera görüntülərinə baxmışlar. Görüntülərdən də müəyyən olunmuşdur ki, baş verəcək qəzadan yayınmaq məqsədilə yolda olan düz xətti tapdalamaq məcburiyyətində qalmışdır. Məsələ tam aydınlaşdırılmış, buna baxmayaraq, ona 100 (bir yüz) manat inzibati cərimə tətbiq olunmuşdur. Odur ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş AR DİN-in BDYPİ-nin vəzifəli şəxsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin ərizəsini, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM–in 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə məhkəmə iclası zaman keçirilmiş zamanı müəyyən edildi ki, X2 ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman yol kənarında dayanmış avtomobilin onun idarə etdiyi avtomobilin qabağına çıxması səbəbindən yoluna çıxan avtomobili vurmamaq üçün son zərurət vəziyyətində əks istiqamətli hərəkət zolağına çıxmış, lakin öz hərəkət zolağına qayıtmasına heç bir maneə olmadığı halda, qarşı hərəkət zolağında bir müddət dayanmış, daha sonra hərəkət etmiş, bununla da o, son zərurət həddini aşmaqla manevr etmə, yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X2 yol kənarında dayanmış avtomobilin onun idarə etdiyi avtomobilin qabağına çıxması səbəbindən son zərurət vəziyyətində olduğunu, yəni yoluna çıxan avtomobili vurmamaq üçün əks istiqamətli hərəkət zolağına çıxdığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər və DVD diskdə olan videogörüntü isə onun qərarda göstərilən inzibati xətanı törətməsini təsdiq etmişdir. Belə ki, barəsində qərara çıxarılmış şəxs ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman yol kənarında dayanmış avtomobilin onun idarə etdiyi avtomobilin anidən qabağına çıxması səbəbindən yoluna çıxan avtomobili vurmamaq üçün son zərurət vəziyyətində əks istiqamətli hərəkət zolağına çıxmış, lakin öz hərəkət zolağına qayıtmasına heç bir maneə olmadığı halda, qarşı hərəkət zolağında bir müddət dayanmaqla, son zərurət həddinin aşılmasına yol vermişdir. Bununla da barəsində qərara çıxarılmış şəxs manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına səbəb olan inzibati xətanı törətmişdir. Ona görə də X1 barəsində inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Belə ki, DVD diskdə olan videogörüntüdən göründüyü kimi X2 ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman yol kənarında dayanmış avtomobilin onun idarə etdiyi avtomobilin qabağına çıxması səbəbindən yoluna çıxan avtomobili vurmamaq üçün əks istiqamətli hərəkət zolağına çıxmış, orada dayanmış, daha sonra hərəkət etmiş, manevr etmə, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X1 əks istiqamətli hərəkət zolağına çıxıb orada dayanması, daha sonra hərəkət etməsi son zərurət həddini aşma sayılır. Belə ki, Azərbaycan Respublikası İXM–in 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM–in 114.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Eləcə də, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 01 iyul 2025-ci il tarixli EQ 28972609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar