Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-468/2025 08.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Mingəçevir Şəhər YPX-nin polis baş serjantı X2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:21 radələrində idarə etdiyi “Mercedes” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Mingəçevir şəhəri H.Əliyev prospektində yüksək surətlə manevr qaydalarını pozub, işıqforun qırmızı işığından keçərək, əl əyləcindən istifadə edib, avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək verdiyi izahatında bildirdi ki, “Mercedes” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. “Mercesdes” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edən zaman tormoz sistemində yaranmış nasazlıq səbəbindən avtomobil yolun səthində təkər izlərinin buraxılmasına və yolun səthində sürtülmə səslərinin çıxarılmasına səbəb olmuş və ictimai qaydanı pozmuşdur. Mingəçevir Şəhər YPX-nin polis baş serjantı X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər PŞ-nin YPX-nin inspektoru, polis serjantı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 02:21 radələrində “Mercedes Benz E 270 CDİ” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Mingəçevir şəhəri, H.Əliyev prospektində yüksək surətlə manevr qaydalarını pozub, işıqforun qırmızı işığından keçərək, əl əyləcindən istifadə edib, avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Dərhal həmin əraziyə YPX əməkdaşları çağırldı və sürücü ŞPŞ-nə dəvət olundu. Polis şöbəsində məlum oldu ki, həmin şəxs Mingəçevir şəhər sakini Şəxsdur. DVD diskdən görünür ki, “Mercedes” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Məmmədov X1 şəhəri, H.Əliyev prospektində yüksək surətlə manevr qaydalarını pozub, işıqforun qırmızı işığından keçərək, əl əyləcindən istifadə edib, avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır və həmin maddələri ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, ona 1 il nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 15 gün müddətində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, xx.xx.2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-468/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-468/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver