Məhkəmə qərarları › İş №3(051)-470/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-470/2021

11.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-470/2021 11.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Tər-Tər şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs 12 aprel 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhərində qonşuluqda yaşan Zərərçəkmiş şəxs qızı arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vuraraq vuraraq fiziki ağırlıq yetirməklə onu doymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, 12 aprel 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman oğlu Məhəmməd ağlaya ağlaya yaşadıqları evə gələrək qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onu haqsız yerə tənbeh etməsini söyləmişdir. Bundan sonra oğlunuda götürüb Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs sçından tutub döşəmənin üzərinə yıxmış, daha sonra hər iki əli ilə sifət nahiyyəsini cıraraq ona xəsarət yetirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs yaşadığı mənzili tərk edərək getmişdir. Hazırda zərərçəkənlə barışmışlar ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 12 aprel 2021-ci il tarixdə saat 17 radələrində uşaqlarını oynamaq üçün yaşadıqları binanın qarşısına buraxmışdır. Bir müddət sonra qonşusu Şəxs az yaşlı övladlarının onun uşaqlarını incitməsini görüb olara yaxınlaşaraq oları tənbeh etmişdir. Təxminən 10 dəqiqə sonra qonşusu Şəxs onun yaşadığı mənzilə gələrək onu təhqir ütmiş bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəmil Əhmədova onun saçından tutub döşəmənin üzərinə yıxmış, daha sonra hər iki əli ilə sifət nahiyyəsini cıraraq ona xəsarət yetirmişdir. Hazırda barışıblar iş üzrə icrata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. C.Əhəmdovanı əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, iş materialları, tərəflərin izahatının qarşılıqlı müqayisəsi və cinayət işinin rədd edilməsi barədə materiallar nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, göstərilən hadisənin olması mümkün deyil və iş materialları ilə hadisənin olması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar