Məhkəmə qərarları › İş №3(051)-470/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-470/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-470/2024 22.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İş üzrə icraatın başlanması haqqında qərara əsasən "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin vəzifəli şəxsi tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X11 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, X3, X6 və X4 əmək müqavilələri tapılmadı. Bununla da "xxxx" MMC İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sənədlərə baxdıqda görünür ki, bir nəfərin əmək müqaviləsi sistemə gec daxil olmuşdur. Ona görə də məsələnin araşdırılması üçün vaxt verilməsini xahiş edir. Əliyev Nemətə 08.05-də icazə alıbdır. 26.05-ə müqavilə bağlanıbdır. Qarabağ şəhərciyi üçün icazə alıb, lakin müqavilə daxil edilməmişdir. Protokolun qüvvədə qalıb protokola uyğun qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili X8 izahatında bildirdi ki, Müfəttişlik 3 nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilməsi ilə bağlı protokolla məhkəməyə müraciət etmişdir. Həmin şəxslərlə əmək müqaviləsinin bağlanmasına dair sənədlər məhkəməyə təqdim edilmişdir. Heç bir qeyri-qanuni hərəkət olmamışdır. Həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və sistemə yerləşdirilmişdir. "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Əmək müqaviləsi sistemə yerləşdirildiyi tarixdən qüvvəyə minir. Görüntülü danışıq olmuş və həmin əmək müqavilələri tarixləri qarşı tərəfə göstərilmişdir. Onlara söyləmiş ki, lazımdırsa, gələk sənədləri təqdim edək. Müfəttişlikdən bildiriş gəlmiş və online iclasda iştirak etmişlər. Danışıq "xxxx" MMC-nin rəhbəri ilə whatsapp vasitəsilə danışmışlar. "xxxx" MMC-nin rəhbəri X1r. Hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. İnzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: İşə əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC-nin X7 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X3 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X9 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. İşə əlavə olunmuş "xxxx" MMC-nin rəhbərliyinə göndərilmiş məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin rəhbərliyinə göndərilmiş bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxsılması xx.xx.2024-cü il tarixdə saat 12:30-a təyin olunmuşdur. İşə əlavə olunmuş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* №li, 12 iyul 2024-cü il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşə əlavə olunmuş MN ******* №li, 12 iyul 2024-cü il tarixli protokolda göstərilir ki, X3 xx.xx.2024-cü il tarixindən, X7 xx.xx.2024-cü il tarixindən və X9 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmur. Belə ki, protokolda göstərilənlərin əksinə olaraq müəyyən edilmişdir ki, həmin şəxslərlə göstərilən tarixlərdən öncə əmək müqaviləsi bağlanmış və elektron sistemə yerləşdirilmişdir. Yəni protokolda X3 xx.xx.2024-cü il tarixindən, X7 xx.xx.2024-cü il tarixindən və X9 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri göstərilmişdir. Lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən aydın olur ki, "xxxx" MMC-nin X7 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X3 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü il, X9 ilə əmək müqaviləsinin bağlandığı tarix və qüvvəyə minmə tarixi xx.xx.2024-cü ildir. Odur ki, göründüyü kimi Müfəttişlik tərəfindən tərtib olunmuş protokolun əksinə olaraq protokolda göstərilən X7, X3 və X9 işə cəlb edildikləri tarixdə artıq onlarla qanunvericiliyin tələbinə uyğun əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən artıq həmin əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Odur ki, məhkəmə hesab edir ki, bu hal isə inzibati xəta törətmiş hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normaları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Beləliklə məhkəmə tətdiq olunmuş sübutlardan belə nəticəyə gəlir ki, "xxxx" MMC– nin əməlində qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl aşkar ediməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzbati xəta tərkibi olmadığı əsasları ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar