Məhkəmə qərarları › İş №3(051)-470/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-470/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-470/2025 29.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər Polis X3 Polisi Bölməsinin YPX-nin inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Mingəçevir şəhəri Aydın Məmmədov döngəsi 1, ev 31də qeydiyyatda olmaqla yaşayan İlyasov Rüfət Elman oğlunun(FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 333- 1.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs “VAZ 21063” minik markalı **-DP-*** nömrəli avtomobili xx.xx.2025-ci il tarixdə narkotik vasitədən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 gün öncə toy məclislərinin birində narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Həkim müayinəsi zamanı verdiyi analizdən də narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olunmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır. Bir daha etməyəcəyinə dair də söz verib. Ailəli olmasını, maddi vəziyyətini taksi fəaliyyəti ilə məşğul olaraq təmin etməsini nəzərə alaraq inzibati tənbeh tətbiq edilərkən barəsində daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Rayon Polis X3 Polisi Bölməsinin YPXnin inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2106” markalı avtomaşınla Mingəçevir şəhər H.Əliyev prospektində nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi ilə bağlı saxlanılmışdır. Saxlanılan zaman Şəxs narkotik vasitədən istifadə etməsi şübhəsi olduğundan sərxoşluq vəziyyətini müəyyən etmək üçün nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmaqla Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi yoxlamasından keçirilərkən götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sürücünün qeyd edilən inzibati xəta hadisəsini törətdiyini və göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” 91№-li protokoldan görünür ki, protokolun surəti Şəxs tərəfindən imza edilməklə ona təqdim edilmiş, sonuncunun idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 1969 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs narkotik vasitə marixuanadan istifadə nəticəsində sərxoşluğu yaranmışdır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını, həmin inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, daha ağır inzibati tənbehin tətbiq olunmasının onun ailə və maddi vəziyyətinə mənfi təsirini, o cümlədən məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.1, 332.1, 342.2.3, 342.2.4-cü maddələri də qeyd edilmişdir. Lakin İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.1, 332.1, 342.2.3, 342.2.4-cü maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmiş, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən.imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar