Məhkəmə qərarları › İş №3(051)-472/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-472/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-472/2022 08.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Mingəçevir Şəhər Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, MN ******* saylı xx.xx.2021 tarixli və AR X5 X8 MN ******* saylı xx.xx.2020-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokola uyğun izahat vermiş, bildirmişdir ki, şəxs borcundan heç bir məbləğ ödəməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs AR İXM-nin 211.1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Polis Şöbəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs AR İXM-nin 211.2-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021 tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs AR İXM-nin 211.1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Hacıyev X4 Şəhər Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli, MN ******* saylı xx.xx.2020-ci il tarixli və MN ******* saylı xx.xx.2021 tarixli qərarları üzrə yaranmış 4300 manat cərimə borcunu ödəməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli bildirişlər, xx.xx.2022-ci il tarixli inzibati xəbərdarlıq, xx.xx.2022-ci il tarixli xəbərdarlıq və xx.xx.2022ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmiş, o isə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi borclunun inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. AR İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən borclunun inzibati tənbehə yönəldilə bilən həcmdə gəlirlərinin olub-olmaması müəyyən edilmədən, onun barəsində AR İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Halbuki, icra məmuru məcburi icra tədbirlərini davam etdirilməli olduğu halda, borclu barəsində AR İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar