Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-473/2022 28.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş X2 materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Orxan Babayev tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.2ci maddəsi ilə X2 protokol tərtib edilib məhkəməyə verilmişdir. X2 protokola görə, Şəxs Şəki rayon məhkəməsinin 3(075)-587/2020 saylı xx.xx.2020-ci il tarixli və Mingəçevir şəhər məhkəməsinin 3(051)-329/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən cəmi 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarını qanuni qüvvəyə minmiş qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Orxan Babayev Məhkəmə iclası zamanı məhkəmədən X2 Protokolun təmin edilməsini xahiş etdi. Barəsində X2 protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o heç bir yerdə işləmir. Onun maddi vəziyyəti pisdir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş edir. Məhkəmə X2 protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki X2 işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan Şəki rayon məhkəməsinin 3(075)-587/2020 saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, işdə olan Mingəçevir şəhər məhkəməsinin 3(051)-329/2021 saylı xx.xx.2021ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Ayşən Səmədova tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şəki rayon məhkəməsinin 3(075)-587/2020 saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə onun icraatına daxil olmuşdur. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Ayşən Səmədova tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir şəhər məhkəməsinin 3(051)-329/2021 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə onun icraatına daxil olmuşdur. İşdə olan bildiriş və inzibati xəbərdarlıq məktublarından görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədi barədə məlumat verilmiş, xx.xx.2021-ci il tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıq edilmişdir. Göründüyü kimi Şəxs barəsində X2 protokol inzibati xətanın törədildiyi gündən qanunla müəyyən edilmiş 3 (üç) aydan çox müddət keçdikdən sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki X2 iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs hazırkı inzibati iş üzrə inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə, X2 protokola X2 iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Şəki rayon məhkəməsinin 3(075)-587/2020 saylı xx.xx.2020-ci il tarixli və Mingəçevir şəhər məhkəməsinin 3(051)-329/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən cəmi 400 manat cərimə edilmiş, həmin icra sənədləri müvafiq olaraq xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Ayşən Səmədovanın icraatına daxil olmuş, borclu Şəxs icra sənədi barədə məlumat verilmiş, xx.xx.2020-ci il və xx.xx.2021 tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 25 gün müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində X2 protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş X2 protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş X2 protokol inzibati xətanın törədildiyi gündən 25 gündən çox müddət keçdikdən sonra tərtib edildiyindən, X2 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əassən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda X2 iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli X2 protokol üzrə X2 işin icraatına müddətin keçməsinə görə xitam verilsin Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-473/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-473/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver