Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-473/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Borclu: Şəxs və onun vəkili X2, Tələbkar: X5, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.1991–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Qurbanova X1 Şəhər Məhkəməsinin 2(051)- 25/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə az yaşlı uşaqların ataları ilə ünsiyyətdə olmasına maneələrin yaratması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli (Müvəqqəti təminat tədbirləri) qərarına əsasən X8 uşaqları xx.xx.2015-ci il təvəllüdlü Banu, xx.xx.2017-ci il təvəllüdlü Bahar və xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqları ilə analarının iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş müddəti müəyyən edilməsi, X5 uşaqları ilə ünsiyyətində yaradılan maneələr Şəxs qadağan edilməsi qərara alınmışdır. Qərarın qüvvədə olma tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kim müəyyən edilmişdir. Lakin borclu Şəxs görüşün vaxtı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməmiş, onunla bu barədə əlaqə saxlanıldıqda isə uşaqların xəstə olmalarını və Turalın uşaqları gəlib onun evində görüşməsini bildirərək qərarın icrasından imtina etmişdir. Bundan sonra X8 uşaqları ilə görüş müddəti müəyyən edilməsi balə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin yekun məhkəmə qərarı çıxarılanadək məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qərarına əsasən X8 uşaqları xx.xx.2015-ci il təvəllüdlü Banu, xx.xx.2017-ci il təvəllüdlü Bahar və xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqları ilə analarının iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş müddəti müəyyən edilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş icraata başlanılmış və qərarın surəti Şəxs göndərilmişdır. Lakin borclu Şəxs görüşün vaxtı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməmiş və yenə də X5 uşaqlarla ancaq onun iştirakı ilə və onun evində görüşməsini bildirərək qərarın icrasından imtina etmişdir. Məhkəmədə protokola baxılan zaman məhkəmə tərəfindən borcu Şəxs məhkəmənin qərarının icrasının təmin edilməsi məqsədi ilə vaxt verilməsinə baxmayaraq borclu israrlı olaraq həmin əsaslarla, yəni X5 uşaqlarla ancaq onun iştirakı ilə görüşəcəyini bildirərək qərarın icrasından qərəzli olaraq imtina etmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X8 göstərdi ki, borclu məhkəmə qərarı ilə müəyyən edilmiş onun uşaqları ilə görüşünə qərəzli olaraq maeələr yaradır. Nəticədə, o uşaqları ilə görüşüb ünsiyyət yarada bilmir. Onun əsas məqsədi uşaqlarını görməkdi. Borclu ona uşaqları ilə sərbəst şəkildə görüşməyinə imkan vermir. Ona görə də qərarın icarsını təmin edilməsini xahiş edir. Borclu Şəxs izahatında bildirdi ki o, uşaqları hər zaman tələbkarla görüşə aparmışdır. Özü də dəfələrlə qarşı tərəfə uşaqla görüşə gəlməsini bildirmişdir. Müəyyən müddətdə uşaqlar xəstə oldu görüşə apara bilmədim bunla bağlı icra şöbəsini və qarşı tərəfi də xəbərdar etmişdir. Ancaq bütünlükdə heç vaxt icra sənədinin icrasından yayınmamışdır. Elə zaman olub ki, uşaqları görüşə gətirsə də ya qarşı tərəf görüşə gəlməyib yadaki tələbkar özü uşaqlarla görüşə təşəbbüs göstərməmiş, görüşməkdən imtina etmişdir. Hesab edir ki, belə olan halda onun icra sənədinin icrasından yayınması kimi hallar olmamışdır. Bu səbəbdən də onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Borclu Şəxs vəkili X7 da əsaslar olmadığı üçün borclu barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Mingəçevir şəhər məhkəməsinin 3(051)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra qərardan narazı qalan borcu Qurbanova X1 şəhər məhkəməsinin 3(051)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından apelyasiya şikayəti verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 3(051)-473/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətinə baxılması ilə əlaqədar inzibati iş materiallarla birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına göndərilmişdir. Şəki Apelyasiya Məhkməsinin 3(107)-226/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(051)-473/2023 nömrəli qərarı ləğv edilmiş və İnzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli (Müvəqqəti təminat tədbirləri) qərarına əsasən X8 uşaqları xx.xx.2015-ci il təvəllüdlü Banu, xx.xx.2017-ci il təvəllüdlü Bahar və xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqları ilə analarının iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş müddəti müəyyən edilməsi, X5 uşaqları ilə ünsiyyətində yaradılan maneələr Şəxs qadağan edilməsi qərara alınmışdır. Qərarın qüvvədə olma tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kim müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 «icraata başlamaq haqqında» xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-25/2023 saylı, xx.xx.2023- ci il tarixli icra sənədi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs icranı dərhal icra olunaması təklif olunması qərara alınmışdır. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin «tələbin dərhal icrası haqqında» xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs qızına icranı dərhal icra olunaması təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs icra məmuru tərəfindən görüşün vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməmiş, onunla bu barədə əlaqə saxlanıldıqda isə uşaqların xəstə olmalarını və Turalın uşaqları gəlib onun evində görüşməsini bildirərək qərarın icrasından imtina etmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs tələbkarın uşaqlarla görüşünü təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şəxs 10 may 2023-cü il tarixdə bildirişi qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs uşaqla görüşü təmin etmək məqsədi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin bildirişini rəsmi qaydada almasına baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs uşaqla görüşü təmin etmək məqsədi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin bildirişini rəsmi qaydada almasına baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs uşaqla görüşü təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuş və əks təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edlməsi barədə xəbərdarlıq edlmişdr. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli (Müvəqqəti təminat tədbirləri) qərarına əsasən X8 uşaqları xx.xx.2015-ci il təvəllüdlü Banu, xx.xx.2017-ci il təvəllüdlü Bahar və xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqları ilə analarının iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş müddəti müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 «icraata başlamaq haqqında» xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-35/2023 saylı, xx.xx.2023- ci il tarixli icra sənədi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs icranı dərhal icra olunaması təklif olunması qərara alınmışdır. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin «tələbin dərhal icrası haqqında» xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs icranı dərhal icra olunaması təklif olunmuşdur. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şəxs 26 may 2023-cü il tarixdə bildirişi qəbul etmişdir. Beləliklə, məhkəmə işin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, borclu Şəxs iki icra sənədi üzrə, yəni Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə az yaşlı uşaqların ataları ilə ünsiyyətdə olmasna maneələrin yaratmaması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmadığını və icra sənədini təkrar icra etmədiyini qeyd etsə də, iş materialında olan MN ******* nömrəli protokoldan görünür ki, protokolda ümumiyyətlə icra vərəqəsinin tarixi qeyd edilməmiş, eyni zamanda yalnız bir icra sənədi üzrə olmaqla 16(051)-35/2023 nömrəli icra sənədinin icra edilməməsi səbəbindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, 2(051)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa, iş materialında olan icra məmuru X9, tələbkar X5 və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 22 iyul 2023-cü il tarixli aktdan görünür ki, tələbkar X8 və Şəxs həmin tarixdə Banu və Bahar adlı uşaqları ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin yaxınlığına gəlmişlər. İcra məmuru uşaqlarla profilaktik söhbətlər aparmaq istəmişdir. Dəfələrlə uşaqları danışdırmaq istəsə də uşaqlar atalarına yaxın getməmişlər. Uşaqlar babasının əlindən tutaraq ona və tələbkar tərəfə yaxınlaşmaq istəməmişlər. Tələbkar ilə uşaqların babası arasında münaqişə yaranmış və aralarında dava başladığı üçün görüş baş tutmamışdır. Beləliklə məhkəmə aşağıda şərh olunan əsasən hesab edir ki, borclunun qəsdən icra sənədinin icrasından yayınması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu X6 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-473/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-473/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver