Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-474/2022 02.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X2 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Yevlax rayonu Qaramanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi işə məşğul olan, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu X6 barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1346.03 manat məbləğində pulun alınıb Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə ödənilməsi qət edilmişdir. Borcluya bir neçə dəfə tələbin könüllü icrası barədə bildiriş və inzibati xəbərdarlıq edilməsinə baxmayaraq, qətnaməni icra etməmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən məndən 1346.03 manat pulun alınıb Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə ödənilməsi qət edimişdir. İşdən xəbərdardır və icra məmurunun tələbin könüllü icrası barədə bidirişi və inzibati xəbərdarlığını alıb. O, dövlətə keçən pulu ödəməkdən boyun qaçırmır. Cərimə yazılmağının əsas səbəbi telefonun adapter yerinin xarab olduğu üçün məlumat vermişdim. Həmin telefonun təmirə ehtiyacı olduğu üçün apardım, mənə dövlət telefonu olduğunu bildirərək təmir etmədilər. İcra məmuru ona 10 gün vaxt versə də, onun həmin pulu tam və ya yarısını ödəmək imkanı yoxdur. Hər gün 5 manat ödəniş edə bilər. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1346.03 manat məbləğində pulun alınıb Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məcburi icra və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi iə bağlı xərclərin ondan tutulacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci i tarixli inzibati xəbərdarlıqdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda inzibati məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra məmurunun, borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, X1 Şəhər Məhkəməsinin (051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən X4 dəfələrlə borc öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X2 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, X6 bundan əvvəl də dəfələrlə icra məmurunun onunla bağlı olan icra sənədinin icra edilməməsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq icra sənədini icra etməkdən yayınmışdır. Barəsində olan icra sənədini uzun müddət lazımi qaydada icra edilməmişdir. V. Bəhluzadə icra sənədi üzrə borcu olduğu halda ona cərimə növündə olan daha yüngül tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-474/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-474/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver