Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-475/2021 07.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən tərəfindən tərtib olunmuş 00100-0817/21 №li 05.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən Şəxs MMC-nin ünvanına İrandan 47D47910/47D48010 №-li nəqliyyat vasitəsilə göndərilmiş yükü **********3040 saylı 21.04.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********3040 saylı 21.04.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 47D47910/47D48010 №-li nişanlı nəqliyyat vasitəsilə göndərilmiş yükü Azərbaycan Respublikasının ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi protokolda göstərmişdir ki, 21.04.2021-ci il tarixli gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı müəyyən olmuşdur ki, Şəxs MMC-nin ünvanına müvəqqəti daxil olmuş yüklərə dair MMC, elektron qaydada qısa idxal bəyannaməsinin təqdim etməmiş və “Gömrük Məcəlləsi”-nin 113-cü maddəsinin tələblərini pozmuşdur. Qanunu bilməmək məsuliyyətdən azad olunmaq üçün əsas deyil. Eləcə də MMC ilə yük göndərən arasında etibara, inama əsaslanan müqavilə vardır. Ünvanına göndərilən yüklərin nədən ibarət olması MMC-yə məlum olmaması barədə nümayəndənin izahatı inandırıcı deyil. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. “Gömrük Məcəlləsinin”113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilmədən əvvəl elektron formada verilməməsinə görə cərimə edilir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC Gömrük qanunvericiliyin tələblərini pozaraq gətirilən yük, gömrük ərazisinə gətirilmədən əvvəl qısa idxal bəyannaməsini gömrük orqanlarına elektron formada verməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunmalı və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə edilməlidir. Məhkəmə iclasında məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu -ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 485.2-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-475/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-475/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver