Məhkəmə qərarları › İş №3(051)-475/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-475/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-475/2024 28.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxsndə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin vəzifəli şəxsi tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X21 ifadəsində göstərmişdir ki, Şəxsndə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi hüquqi minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Kiçik X2 Qarabağa işləməyə yollamasına baxmayaraq onunla müəssisə arasında əmək müqaviləsi yoxdur. Əli müəllim deyilən şəxs özü məsuliyyəti dərk edib işçisi üçün icazəni almalı idi. İcazə alınanların siyahısında Şəxs adı görünür. Protokolun qüvvədə qalıb protokola uyğun qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, X11 Qarabağda işləməsinə Şəxs tərəfindən icazə alınmasına dair heç bir sənəd yoxdur. Onların portala çıxışı yoxdur. Şəxs ilə sahibkar Əli arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən sahibkar işəgötürən Əlinin işçisi X15 bəzi işlərə cəlb edilmişdir. Torqut” Kiçik Müəssisəsi tərəfindən X7na dəfələrlə külli miqdarda ödəniş edilir. Müəssisənin ixtisassız bir fəhləyə ehtiyacı yoxdur. X3 Əli Kazım oğlunun işçisidir və onlara aidiyyəti yoxdur. Hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi yoxdur. İnzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X19 etirazının belə əsaslandırmışdır ki, Sahibkar olmaqla vergi ödəyicisidir. X22 Xidmətinin inzibati xəta haqqında protokolundan narazıdır. X22 Xidmətinin verdiyi protokoldan narazıdır və protokol həmişəki kimi formal qaydada yazılmış və iş üzrə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Sözügedən protokol qanuna müvafiq deyil və qərarda göstərilmiş məlumatlar yanlışdır. Bundan əlavə işin mahiyyətindən danışanda qeyd etməlidir ki, o, Şəxs direktorudur. Ona yazılmış sözügedən portokoldan narazı olmağının səbəbi sözügedən hadisələrdə təqsirinin olmaması və onun əməlimdə inzibati xəta tərkibinin olmamasıdır. Sözügedən qərarda göstərilmişdir ki, guya o, X15 ilə əmək müqaviləsi bağlamadan onu ona işlər gördürmüşdür. Bu səbəbdən də onun barəsində yazılmış protokol rəhbərlik etdiyi hüquqi şəxs barəsində isə protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Bildirir ki, protokolda adı qeyd edilmiş X15 onun işçisi olmayıb və işçisi deyil. Belə ki, X15 mənim xidmət müqaviləsi ilə yük daşınma işlərimi həyata keçirən X16 işçisidir. Belə ki, o, 01 yanvar 2024-cü ildə X24 ilə xidmət müqaviləsi bağlamaqla ona məxsus yüklərin (tikinti materialları, beton məmulatları və s.) onun və onun işçilərinin yük avtomobilləri ilə daşınmalıdır. X15 ilə X24 arasında əmək müqaviləsi bağlanmışdır. X24 ilə onun arasında xidmət müqaviləsi mövcuddur. Sözügedən xidmət müqaviləsi qanuna müvafiq olmaqla onun ona olan ödənişləri yalnız elektron qaimə əsasında olmuş və ödəniş tapşırıqları ilə öz əksini tapmışdır. Bunu əks etdirən sənədləri iş materiallarına əlavə edir. Bundan əlavə bildirməlidir ki, onunla yük daşımaları üzrə icraçı olan X24 arasında bu cür işgüzar razılaşma uzun illərdir və bunu elektron qaimələrlə açıq aydın görmək mümkündür. İş materiallarına sözügedən müqavilələrlə bərabər X15 ilə X24 arasında bağlanmış əmək müqaviləsini əlavə edir. Bunun səbəbi onun işçisi olmayan bir şəxsi onun işçi kimi qeydiyyata salmamağıdır. Xidmət müqaviləsi və ya podratçıların işçilərinin əmək müqaviləsi ilə işə götürülməsi qanuna uyğun deyil. Protokolun tərtib edilməsinə səbəb kimi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqi əsas gətirsələr də həmin X4 işçisi olması və hansı səbəbdən həmin ərazilərdə olması qərəzli olaraq nəzərə alınmamışdır. İlk öncə onu bildirməlidir ki, həmin şəxsi portala onlar yox başqa bir müəssisə saldırmışdır. Həmin məsələnin hansı qaydada olmasını məhkəmə iclasında aydınlıq gətirəcək. Bu məsələnin qeyd edilməsi çox sadə bir yanaşmadır. Bundan əlavə aşağıda göstərdiyi maddələrlə də məlum olur ki,onun təqsirsizliyimi sübut etməyə ehtiyacım yoxdur. Bunu protokolu tərtib edən şəxslər etməlidir. Onun təqsiri isə sübut olunmamışdır. Şikayətini və yazılan qərarın qanuniliyinin sübut olunması mənim vəzifəsi olmasa da dəqiq görünən odur ki, onun barəsində olan məsələ qərəzdir və heç bir araşdırma aparılmamışdır. Sadəcə bu cür məsələlərlə onun kimi sahibkarların hüquqları pozulmaqdadır. Ona görə də X22 Xidməti tərəfindən yazılmış protokolun əsassız olması səbəbindən xitam olunmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. Zəngilanda fəhlə kimi işləmişdir. Əli müəllimin işçisi olmuşdur. Müqavilənin bağlanıb-bağlanmadığını bilmir. 1 ay işləmiş və çıxmışdır. Elçin adlı şəxsin adını eşitmişdir. Lakin onu tanımır. 345 manat məbləğində maaş almışdır. Həmin maaşı ona Elçin müəllim deyil, Əli müəllim vermişdir. Pul ona əllə verilmişdir. Cəmi 1 ay işlədiyi üçün kart götürə bilməmişdir. May ayında işə girmiş iyul ayında isə çıxmışdır. Həm işi ona sərf eləməməsi, həm də ailə probelminə görə çıxmışdır. O Torqut adlı firma tanımır. İyunda və ya iyulda Qarabağa getmiş və tez qayıtmışdır. İşdən çıxdıqdan sonra Qarabağa getməmişdir. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Şəxsnə göndərilmiş məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq 7 təqdim günü ərzində iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir. İşə əlavə olunmuş Şəxs rəhbərliyinə göndərilmiş məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş X10 “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı onlar tərəfindən 3-17-5/2-30950/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 X7 tərəfindən xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla ixtisassız fəhlə, torpaq işləri; fəhlə vəzifəsinə götürülmüşdür. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 X11 əmək müqaviləsinə 68.2.a-ya əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X19 Şəxsndə sərəncamverici direktor vəzifəsində çalışır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti tərəfindən Şəxsnə göndərilmiş bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixdə saat 10:30-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X22 Xidmətinə və ya video konfrans vasitəsi ilə çağırılır. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onda olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyi və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakı olmadan baxılacaqdır. İşə əlavə olunmuş 11 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X15 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (101.1). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (101.2). Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, inzibati xəta haqqında protokolun tərtib olunma əsasları X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti tərəfindən işçi X1 müəssisəsi ilə hər hansı bir əmək münasibətinin yaranması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçinin həmin müəssisə ilə hər hansı əmək münasibətinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi əməldə inzibati xətanın tərkibinin yaranması üçün Torqut kiçik müəssisəsinin hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda Torqut kiçik müəssisəsinin hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, müfəttişlik inzibati xəta haqqında protokolunda Torqut kiçik müəssisəsini X15 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edərək inzibati xəta törətdiyini göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X15 ilə X7 xx.xx.2024-cü il tarixdən müddətsiz əmək müqaviləsi bağlamışdır. Həmçinin xidmət müqaviləsi ilə icraçı sahibkar X24 ilə sifarişçi Şəxs arasında xidmət müqaviləsi bağlanmışdır. Buradan da aydın olur ki, Şəxs ilə X15 arasında əmək münasibətləri olmamışdır. X15 Şəxsndə əmək münasibətlərində olmamış və işəgötürən sahibkar X16 Şəxs ilə arasında bağlanmış olan xidmət müqaviləsinə əsasən işlər görmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlardan belə nəticəyə gəlir ki, Şəxs əməlində qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl aşkar ediməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı əsasları ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar