Məhkəmə qərarları › İş №3(051)-476/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-476/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-476/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Ağdaş rayonu, Pirkəkə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1931/2017 saylı 14 mart 2017-ci il tarixli icra sənədi ilə Şəxs 930 (doqquz yüz otuz) manat pulu tələbkar Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatına ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1931/2017 saylı 14 mart 2017-ci il tarixli icra sənədinə əsasən ondan 930 manat pul alınıb tələbkar Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatına verilməlidir. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında maddi imkanı olmadığını və mülkiyyətində hər hansı bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirsə də bununla bağlı araşdırma aparılması ilə əlaqədar hər hansı bir sənəd materiala əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar