Məhkəmə qərarları › İş №3(051)-476/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-476/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-476/2025 30.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər Polis X3 Polisi Bölməsinin YXP inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Mİngəçevir şəhəri X5 küçəsi ev 6, mənzil 45 ünvanında qeydiyyatda olmaqla yaşayan(FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, İXP7243190 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Rayon Polis X3 Polisi Bölməsinin YXP inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Range Rover” markalı avtomaşınla Mingəçevir şəhər ərazisində saxlanılaraq, Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir.Polis şöbəsində Şəxs idarə etdiyi “Range Rover” markalı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə yüksək səslə çalınan çoxtonlu səs siqnalının quraşdırılması haqqında raport tərtib edilmiş və raportun icrası ona həvalə edilmişdir. Avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsinə dair akt tərtib edilmiş və Şəxs tərəfindən imza edilməklə surəti ona təqdim edilmişdir.Nəqliyyat vasitəsinə quraşdırılmış çoxtonlu səs siqnalının sökülməsi üçün mütəxəssis dəvət edilmiş, video çəkiliş qeydi aparılmaqla çoxtonlu səs siqnalı Şəxs məxsus “Range Rover” markalı **-HB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən sökülmüşdür. Bununla bağlı tərəfindən avtomobilin videosu çəkilmiş və hazırda CD disk şəklində materiallara əlavə edilmişdir. Sürücünün qeyd edilən inzibati xəta hadisəsini törətdiyini və göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi “Range Rover” markalı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə yüksək səslə çalınan çoxtonlu səs siqnalı quraşdırmışdır. Hazırda İXM-nin 342.9-cu maddəsinin tələblərini pozduğuna görə məsuliyyət daşımağa hazırdır, əməlindən peşmandır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar: İş materiallarına əlavə edilmiş 25 iyun 2025-ci il tarixli, İXP7243190 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyun 2025-ci il tarixdə saat 17:46 radələrində Mingəçevir şəhərində “Range Rover” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 342.9-cu maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş “nəqliyyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, “Range Rover” markalı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə duracağa yerləşdirilmiş,xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən “Range Rover” markalı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə təchiz edilməsi müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 342.9cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxsnın əməlindən peşman olmasını, həmin inzibati xətanı ilk dəfə törətməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Mingəçevir Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar