Məhkəmə qərarları › İş №3(051)-477/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-477/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-477/2021 02.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, həmin protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki daxil olmuş inzibati xəta haqqında materialların icraata qəbul edilməsi məsələsi araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcələnin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Şəxs borclu olduğu pulun ödənilməsi üçün vaxt verilmişdir. Şəxs təyin olunmuş vaxtda məhkəmə iclasına gəlməmişdir. Şəxs məhkəmə iclasında iştirakını təmin etmək üçün 21 may 2021-ci il tarixdə Şəxs məhkəməyə gətirilməsi barədə qərardad çıxarılmış, lakin onun məhkəmə iclasında iştirakının təmin olunması üçün məhkəməyə gətirilməsi mümkün olmamışdır. Məhkəmənin isə inzibati iş üzrə axtarış barədə qərardad çıxarmaq səlahiyyəti yoxdur. Həmin Məcələnin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Belə ki, Şəxs barəsində icra sənədini icra etmədiyi üçün Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin prtokolda Şəxs ünvanı göstərilməmiş və onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Ona görə də məhkəmə onun barəsində məcburi gətirilməsi haqqında qərardad qəbul etmişdir. Şəxs ünvanı göstərilmədiyinə görə onun məcburi gətirilməsi polis orqanları tərəfindən təmin olunmamışdır. Şəxs barəsində axtarış elan edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün protokol və ona əlavə edilmiş sənədlər icra və probasiya şöbəsinə müvafiq axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti üzrə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol düzgün tərtib olunmadığına görə həmin materiallar onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar