Məhkəmə qərarları › İş №3(051)-478/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-478/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-478/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, İcra və probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5741/2011 №li 26.12.2011-ci il tarixli icra sənədi üzrə yaranmış 1902 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5741/2011 №li 26.12.2011-ci il tarixli icra sənədinə əsasən ondan 14.05.2008-ci il təvəllüdlü Kamran, 26.04.2010-cü il təvəllüdlü Cəsur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 76 manat, cəmi 152 manat məbləğində alimentin tutulub tələbkar X3 qızına verilməlidir. Son vaxtlar pandemiya əlaqədar iş yeri olmadığına görə işləmədiyi üçün, maddi imkanı olmamış və aliment borcunu vaxtında ödəyə bilməmiş, nəticədə 1902 manat aliment borcu yaranmışdır. İş yeri tapmış, işləməyə başlamışdır. Bu gün aliment borcundan bir hissəsini, 400 manat ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. O, yaşayış yerində olmuşdur, heç bir yerə getməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5741/2011 №li 26.12.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs 14.05.2008-ci il təvəllüdlü Kamran, 26.04.2010-cü il təvəllüdlü Cəsur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 76 manat, cəmi 152 manat məbləğində alimentin tutulub tələbkar X1 verilməlidir Şəxs oğlu alimenti tam ödəmədiyi üçün onun 1902 manat aliment borcu yaranmışdır. Hazırda Şəxs həmin borcdan400 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs oğlu icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 1902 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 1902 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar