Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-478/2022 21.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-471/2011 saylı 30 iyun 2011-ci il tarixli icra sənədi ilə iddiaçı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 saylı evə köçürülməsi qət edilmişdir. Şəxs həmin icra sənədinin icrasına maneələr yaratdığına görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-471/2011 saylı 30 iyun 2011-ci il tarixli icra sənədi ilə iddiaçı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 saylı evə köçürülməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq o, icra vərəqəsinin icrasına maneələr yaratmışdır. Şəxs icra məmurunun tələblərinə qəsdən tabe olmadığına görə barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-471/2011 saylı 30 iyun 2011-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 saylı evə köçürülməlidir. O, Zərərçəkmiş şəxs icra sənədində göstərilən ünvana köçürülməsinə etiraz etmir, lakin texniki pasportda göstərilən qapıdan köçürülməsini istəyir. Belə ki, qardaşı Qoşqar Rəsulov tərəfindən həmin ünvanda qanunsuz divar hörülmüşdür və ev iki hissəyə bölünmüşdür. Zərərçəkmiş şəxs onun məcburiyyət qarşısında açdığı qapıdan yox, texniki pasportda göstərilən qapıdan köçürülməsini istəyir. 2021-ci il tarixdə tələbkar həmin ünvana köçürülmüş, köçürüldükdən sonra mübahisə yaratmış və evdən getmişdir. O, inzibati xəta törətmədiyini hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, qeyd edilən icra sənədi üzrə tələbkarın Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 saylı evə köçürülməsinə etiraz etmədiyini, texniki pasportda olan qapıdan keçməsi üçün heç bir maneə törətmədiyini bildirmişdir. Təqdim edilmiş materiallarla Şəxs izahatında göstərdiyi halların araşdırılması mümkün olmamışdır. Göstərilənlərə əsasən obyektiv, qanuni qərar qəbul olunması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-478/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-478/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver