Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-48/2024 21.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının Məhkəmə iclas katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir şəhər prokurorunun köməkçisi X8, Zərərçəkən Zərərçəkmiş şəxs, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdim: Şəxs barəsində Mingəçevir şəhər Prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Mingəçevir şəhər prokurorunun köməkçisi, X8 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü, Mingəçevir şəhəri, B.Şixəliyev adına 6 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi X6 və xx.xx.2016-ci il təvəllüdlü, Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi X3 təhsil pilləsindən məhrum edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məhkəməyə verilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda özü Bakı şəhərində yaşayır və orada işləyir. Uşaqlar da onun yanındadırlar. Uşaqları aparmağının səbəbi anasının uşaqlara baxmaması olmuşdur. Uşaqların anası səhər işə gedir, uşaqlar isə nənə-babanın ümidinə qalırdılar. Onlar isə uşaqlara yaxşı baxmırdılar, belə ki, uşaqlar çox vaxt ac qalır, onlar natəmiz saxlanılırlar. Bir sözlə uşaqlar baxımsız vəziyyətdə qalmışdır. Uşaqlar 2022-ci ilin avqust ayının 7-dən onun yanındarılar, hazırda məktəbə daxil olmaları üçün səndələşmə prosesi gedir. Hesab edir ki, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkən Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, carı ilin avqust ayının əvvəlində Şəxs onun yaşadığı ünvana gələrək birgə nikahlarından dünyaya gəlmiş övladlarını onun icazəsi və razılığı olmadan götürüb Ağdam rayonuna aparmışdır. O, artıq uşaqlarını həmin müddətdən bu yana görə bilməyib. Bundan əlavə Şəxs uşaqları onun yanından aparmaqdan başqa həmçinin uşaqların əsassız olaraq təhsildən yayınmasına da səbəb olmuşdur. O, uşaqlarını istəyir. Çünki o uşaqların anasıdır. Uşaqlar az yaşlıdırlar və ana qayğısına ehtiyacları vardır. Bundan əlavə uşaqların yenidən təhsilə cəlb olunmaları və məktəbə bərpa olunmalarını istəyir. Odur ki, şəxs barəsində tədbir görülməsini istəyir. Zərərçəkən Zərərçəkmiş şəxs X7 Məcid oğlu da zərərçəkənin izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəxs qərəzli olaraq uşaqları anasına göstərməkdən imtina edir. Bu hal isə uşaqların anadan ayrı qalmasına və təhsildən yayınmasına səbəb olmuşdur. Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəb tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 4-cü sinif şagirdi X6 və 2-ci sinif şagirdi X5 məktəbin şagird kontingentində olsa da sentyabr ayının 15-dən dərslərə mütəmadi olaraq gəlməmişlər və bu günə qədər ataları Şəxs tərəfindən təhsildən yayındırılırlar. İşdə olan Ağdam rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında olan nikah qeydi pozulmuş və xx.xx.2012ci il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X2 anaları Zərərçəkmiş şəxs yanında qalmaları qət edilmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra, belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-in 181.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatla onun əməlində həmin inzibati xətanın tərkibinin olması tam sübuta yetirilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin ifadələri ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2012-ci il təvəllüdlü, Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi X6 və xx.xx.2016-ci il təvəllüdlü Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi X3 təhsil pilləsindən məhrum edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Onun əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 181.0.1-ci maddəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü, Mingəçevir şəhəri, B.Şixəliyev adına 6 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi X6 və xx.xx.2016-ci il təvəllüdlü, Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi X3 təhsil pilləsindən məhrum edilməsi inzibati xətadır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-48/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-48/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver