Məhkəmə qərarları › İş №3(051)-48/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-48/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-48/2025 16.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3, borclu Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-537/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə cəmi 525 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-537/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Şəxs xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs borcunu tam ödəməmiş, nəticədə 525 manat məbləğində borcu yaranmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 537/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Maddi imkanı olmadığına görə borcu tam ödəyə bilməmişdir. Məhkəmə iclası zamını borcundan 525 manatı tam şəkildə ödəyəcəyini bildirmişdir. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-537/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Şəxs xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Həsənli X2 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Şəxs xx.xx.2022-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs xx.xx.2024-cü il tarixli № 53297/3-10 saylı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmədə 525 manat aliment borcunu depozit hesabına köçürmək üçün cavabdehdən almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. 528.1-ci maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmənin mövqeyi: Tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materiallarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, məhkəmə iclası zamanı borcunu ödəmiş və icra məmuru borcun depozit hesabına köçürüləcəyi barədə qəbz vermiş, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına dəymiş ziyanın ödənilməsi əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar