Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-481/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat miqdarda inzibati cərimə edilmişdir. X8 həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X8 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o, ETSN-in 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şahin Əliyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə çıxarılmışdır. İlk növbədə qeyd edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməsini, xx.xx.2022-ci il tarixdə öyrənmişdir. Barəsində qəbul edilmiş qərarın surətini xx.xx.2022-ci il tarixdə, tərtib edilmiş protokolun surətini isə xx.xx.2022-ci il tarixdə idarənin əməkdaşından şəxsən götürmüşdür. Qərar və protokolun surəti ona ilk dəfə verilsə də, idarənin mənafeyini müdafiə etməyə çalışan əməkdaşı həmin sənədlərin surətinin üzərlərinə “təkrar” sözlərini də qeyd etmişdir. Qərarın qəbul edilməsinə əsas olan xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokolda Mingəçevir şəhəri Heydər Hüseynov küçəsində “Sərin” kafe-restoran sahəsində formalaşmış əl-üz yuyan zərərli tullantı suların bir başa Kür çayına axıdılması faktının müəyyən edildiyi göstərilmişdir. Protokolda imza etməkdən imtina etdiyi göstərilsə də, qeyd edir ki, həmin protokol iştirakı, ümumiyyətlə xəbəri olmadan tərtib edilmişdir. Protokolda həmçinin onun Mingəçevir şəhər Polis şöbəsində verdiyi izahatında, kafedən atılan tullantı suları ilə bağlı etiraf etdiyi göstərilmişdir. Halbuki, o, Polis şöbəsində bu cür izahat verməmişdir. Məsələ ilə bağlı, həmin əl-üz yuyanın “Sərin” kafesinə aidiyyəti olmayan, başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirmişdir. Bildirir ki, tullantı suyunun birbaşa Kür çayına axıdıldığı göstərilən əl-üz yuyanın “Sərin” kafesinə aidiyyəti yoxdur. Həmin ərazi “Sərin” kafesinin yerləşdiyi torpaq sahəsi ilə qonşu olmaqla, başqa şəxsin xüsusi mülkiyyətindədir və həmin sahənin ayrıca ünvanı vardır. O, “Sərin” kafesini qanuni şəkildə işlədir və burada heç bir pozuntuya yol vermir. Hesab edir ki, törədildiyi iddia edilən inzibati xətaya heç bir aidiyyəti yoxdur. Bundan başqa inzibati xəta haqqında işə baxılarkən prosessual qaydalara riayət edilməmiş, idarə tərəfindən hüquqları pozulmuşdur. Ona işin baxılmasına dəvət edilməyi barədə hər hansı məlumat verilməmişdir. Hansı ki, idarə ilə yaşadığı ev arasında cəmi 70- 80 metr məsafə var. Ona görə də onun ETSN-in 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şahin Əliyev tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında çıxarılmasını xahiş edir. X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, sözügedən “Sərin” restoranında uzun müddətdir ki, xidmətçi kimi çalışır. Həqiqətəndə orada xidmət etdiyi müddətdə protokolda qeyd olunan nöqsanlar restoranın ərazisində qeydə alınmamışdır. Həmin ərazi “Sərin” kafesinin yerləşdiyi torpaq sahəsi ilə qonşu olmaqla, başqa şəxsin xüsusi mülkiyyətindədir və həmin sahənin ayrıca ünvanı vardır. “Sərin” kafesi qanuni şəkildə işləyir və burada heç bir pozuntuya yol verilməyib. X2 da digər şahid Elnur Mehdiyevin ifadəsinə uyğun ifadə verərək onun ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, həmin qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, ETSN barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X4 iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edildi ki, X4 umumiyətcə tərtib edilmiş protokoldan məlumatı olmamışdır. O, protokolun tərtib edilməsini uzun müddət keçdikdən sonra məlumatı olmuşdur. Həmçinin, bundan əlavə protokolda qeyd olunan nöqsanların yerində araşdırılması üçün “Sərin” restoranının ərazisinə baxış keçirilmiş, baxış keçirilən zaman “Sərin” restoranının rəhbərliyi tərəfindən prortokolda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilməmişdir. İlk növbədə tullantı sularının bir başa Kür çayına axıdıldığı qeyd olunan əl-üz yuyanın restoranın ərazisində olmadığı aşkar edilmişdir. Bundan əlavə tullantı sularının bir başa Kür çayına axıdıldığı qeyd olunan əl-üz yuyanın “Sərin” restoranın ərazisində deyil başqa şəxsin mülkiyyətində olan restoranın ərazisində olduğu da müəyyən edilmişdir. Həmçinin inzibati xəta haqqında işə baxılarkən prosessual qaydalara da əməl edilmədiyi, idarə tərəfindən X4 hüquqları pozulduğu müəyyən edilmişdir. Belə ki, prptokola baxılması və tərtib edilməsi zamanı X7 heç bir məlumat verilməmişdir. Buradan aydın görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 264.0.1–ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş X4 əməlində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunun yol verilməsinə səbəb olan hallar aşkar edilməmişdir . Bu hal isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmadığı qənaətinə gəlməyə imkan verir. Ona görə də görə də məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 264.0.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 264.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair xx.xx.2021-ci il tarixli MN ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolda İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmas İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərarverdim: Şikayət təmin edilsin. Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-481/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-481/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver