Məhkəmə qərarları › İş №3(051)-483/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-483/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-483/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağıoğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X5, Barəsində X9 protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş X9 protokola X9 iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Orxan Babayev tərəfindən Şəxs barəsində 20.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.1ci maddəsi ilə X9 protokol tərtib edilib məhkəməyə verilmişdir. X9 protokola görə, Şəxs Azərbaycan Respublikası İXM-in 53.7-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədov Məhkəmə iclası zamanı məhkəmədən X9 Protokolun təmin edilməsini xahiş etdi. Barəsində X9 protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o heç bir yerdə işləmir. Onun maddi vəziyyəti pisdir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş edir. Məhkəmə X9 protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki X9 işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarından görünür ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 53.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən 27.10.2015-ci il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarı 27.10.2015-ci il tarixdə onun icraatına daxil olmuşdur. İşdə olan bildiriş və inzibati xəbərdarlıq məktublarından görünür ki, icra məmuru tərəfindən borclu Şəxs 05.11.2015-ci il tarixdə icra sənədi barədə məlumat verilmiş, 14.09.2017-ci il və 15.03.2021-ci il tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıqlar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarından görünür ki, borclu Şəxs oğlunun barəsində həmin tarixdən axtarış elan edilmişdir. İşdə olan 20.05.2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli protokoldan görünür ki, Şəxs oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarı ilə təyin edilmiş Azərbaycan Respublikası İXM-in 53.7-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Göründüyü kimi Şəxs oğlunun barəsində X9 protokol inzibati xətanın törədildiyi gündən qanunla müəyyən edilmiş 3 (üç) aydan çox müddət keçdikdən sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki X9 iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs oğlu hazırkı inzibati iş üzrə inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə, X9 protokola X9 iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 8 saylı region üzrə X4 000735 saylı, 16.09.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 53.7-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmiş, həmin icra sənədi 27.10.2015-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1 icraatına daxil olmuş, borclu Şəxs oğluna 05.11.2015-ci il tarixdə icra sənədi barədə məlumat verilmiş, 14.09.2017-ci il və 15.03.2021-ci il tarixlərdə isə ona inzibati xəta ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 15 gün müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində X9 protokol isə 20.05.2021-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş X9 protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş X9 protokol inzibati xətanın törədildiyi gündən 3 aydan çox müddət keçdikdən sonra tərtib edildiyindən, X9 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əassən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda X9 iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs oğlunun barəsində tərtib edilmiş 20.05.2021-ci il tarixli, MN ******* nömrəli X9 protokol üzrə X9 işin icraatına müddətin keçməsinə görə xitam verilsin . Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar