Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-483/2022 15.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-339.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan barəsində protokol tərtib olunmuş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində protokol tərtib olunmuş fiziki şəxs X1 Şəhər Yol Patrul Xidmətinin xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayət verərək həmin protokol üzrə yazılmış 200 manat cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Yol Patrul Xidmətinin xx.xx.2022– ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Yol Patrul Xidmətinin əməkdaşı onu saxlayan zaman məlum olmuşdur ki, etibarnamə üzrə idarə etdiyi ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ məhdudlaşdırılmışdır. Bu barədə məlumatı olmadığını bildirsə də, polis əməkdaşları tərəfindən cərimə edilmiş və iş protokollaşdırılmışdır. Porotokolla tanış olmuş ancaq bununla razılaşmadığından imzalamaqdan imtina etmişdir. Qərardan xx.xx.2022-ci il tarixdə, polis əməkdaşı tərəfindən saxlanıldığı zaman xəbərdar olmuşdur. Qeyd olunan inzibati məsuliyyətə cəlb edilməyi əsassızdır. Odur ki, Yol Patrul Xidmətinin xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yaranmış 200 manat cərimənin ləğv edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində qərar çıxarılmış X5 məhkəmə iclası zamanı ifadəsində bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə İXP-nin 529.3cü maddəsində təqsirli bilinərək, nəqliyyat vasitəsindən istifadə hüququ 08 (səkkiz) ay məhdudlaşdırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin həmin qərarını içkili olduğu vaxt aldığı üçün avtomobildən istifadə hüququnun məhdudlaşdırıldırılması barədə məlumatı unudub. Mingəçevir şəhəri Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilmiş Mingəçevir şəhəri Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərtib olunmuş protokolu, barəsində protokol tərtib olunmuş şəxsin ərizəsini və onun izahatının, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə İXP-nin 529.3-cü maddəsində təqsirli bilinərək, nəqliyyat vasitəsindən istifadə hüququ 08 (səkkiz) ay məhdudlaşdırlmışdır. İşdə olan xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 323.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarı ilə X5 barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarına xitam verilmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması cəzası ləğv olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli reyestrdən və xx.xx.2022-ci il tarixli xəbərnamədən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarının surəti barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X4 xx.xx.2022-ci il tarixində çatdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə protokoldan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş protokolun qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, xx.xx.2022–ci il tarixdə VAZ21043 markalı, 20DZ294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 nəqliyyat vasitəsini AR İXM-nin 339.1- 1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini «X6» AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməkdə və İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 339.1-1-ci və 332.3-cü maddəsinə əsasən protokol tərtib olunmuşdur. X5 nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarının ona məlum olmamasını səbəbindən həmin protokolla razılaşmamış və barəsində tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. Ancaq məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-151/2022 saylı qərarı barədə X4 lazımi qaydada məlumat verilmiş və qərarın surəti ona göndərilmişdir. Odur ki, şəxs barəsində tərtib olunmuş protokol əsaslı və qanunidir. Həmçinin şəxsin məhkəmə iclası zamanı verdiyi ifadədə qərarın surətini aldığının unutmasının heç bir hüquqi əsası yoxdur və şəxsin lazımi qaydada xəbərdar edilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mingəçevir Şəhər Polis Şöbəsi inzibati xəta haqqında protokol tərtib edərkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 101.1–ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X5 xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə 339.1-1 maddəsi ilə də təqsirli bilinmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “X6” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. İXM-in 332.3 və 339.1.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 332.-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, protokol tərtib olunarkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş protokolun qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsaslıdır və qanuna uyğun şəkildə tərtib edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yazılmış 200 (iki yüz) manat cərimənin ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Yol Patrul Xidmətinin fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1.-1-ci maddələri əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2022–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu dəyişdirilmədən saxlansın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-483/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-483/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver