Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-484/2022 25.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində qərar çıxarılmış: X4 və qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər polis şöbəsinin YPX-nin vəzifəli şəxsi X2 iştirakı ilə Mingəçevir şəhər polis şöbəsinin YPX-nin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DYPİ-nin Mingəçevir şəhər polis şöbəsinin YPX-nın vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 şəhər polis şöbəsinin YPX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə EQ10069953 elektron protokol və onun əsasənda qərar tərtib edilmişdir. Sözügedən protokol və onun əsasında tərtib edilmiş olan qərar tam qanunsuz və əsassızdır. Belə ki, nə protokol nə də qərar İXM-nin tələblərinə riayət etməklə tərtib edilməmişdir. Bu cür protokollar və qərarlar onun və digər vətəndaşların konstitusion hüquqlarının kobut surətdə tapdalanmasından başqa bir şey deyil. Sözügedən qərarı gözdən keçirərkən görmək olar ki, qərarın nömrəsi yoxdur. Qərardan əvvəl protokol tərtib edilməli və o, protokolla razılaşmadığı halda yuxarı inspektor tərəfindən qiymət verilməlidir. Lakin onun xəbəri olmadan və DYP-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, təhlükəsiz Şəhər (bundan sonra TŞ) kameraları vasitəsi ilə protokol və qərar yazılmışdır (İXM-nin 124-cü maddəsi). Yuxarıda qeyd etdiyi hallara əlavə olaraq TŞ kameraları inzibati xətanın işkarlanması üçün deyil adından da göründüyü kimi şəhər ərazisində cinayətkarlığın qarşısının alınması və şəhərə nəzarət üçün nəzərdə tutulmuşdur. İnzibati Xətaların aşkarlanması üçün nəzərdə tutulmuş kameralar isə xüsusi ölçmə və qeydə alınma imkanlarına malik olmaqla fərqli kameralardır. Bu cür kameralar Mingəçevir şəhərində iki ədəd olmaqla biri şəhərin ala-qapı deyilən ərazisində, digəri isə H.Əliyev prospektində Kür çayı üzərində olan körpünün qarşısında qurlaşdırılmışdır. Şəhər ərazisində olan digər kameraların bu cür funksiyası yoxdur və DYP-nin əməkdaları tərəfindən sözün əsl mənasında qanunsuz və kustar üsulla həll olunur. Bu cür pozuntu aşkarlandıqda isə İXM-nin 124-cü maddəsinə uyğun prosedurlar aparılmalıdır və sözügedən pozuntu araşdırılmalıdır. Ona görə də məhkəmədən Mingəçevir şəhər polis şöbəsi DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 şikayətin dəlillərini müdafiə edərək, Mingəçevir şəhər polis şöbəsi DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər polis şöbəsinin YPX-nin vəzifəli şəxsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hesab edir ki, YPX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında qərar düzgün tərtib edilmişdir. Ona görədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin verdiyi şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir şəhər polis şöbəsinin YPX-nin vəzifəli şəxsinin xx.xx.2022ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, yuxarıda qeyd edilən hallara əlavə olaraq təhlükəsiz şəhər kameraları inzibati xətanın aşkarlanması üçün deyil qeyd olunan kamerlrın quraşdırıldığı ərazidə təhlükəsizliyin təmin edilməsi və aradan qaldırılmasına yönəlmiş məqsədlər üçün yerləşdirilmişdir. İnzibati Xətaların aşkarlanması üçün nəzərdə tutulmuş kameralar isə xüsusi ölçmə və qeydə alınma imkanlarına malik olmaqla fərqli kameralardır. əlavə olaraq bildirirəm ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalı, xüsusi texniki vasitələrin göstəriciləri protokolda və qərarda xüsusi ilə göstərilməli və ən əsası istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməlidir. Belə ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X4 qeyd olunan qanun pozuntusuna yol verdiyini göstərsə də, bu barədə hər hansı əsaslı sübut təqdim etməmişdir. Bununla da görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2–ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş X4 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunun yol verilməsinə səbəb olan hallar aşkar edilməmişdir . Bu hal isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmadığı qənaətinə gəlməyə imkan verir. Ona görə də görə də məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.21ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X4 inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolda İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmas İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Mingəçevir şəhər YPX-nin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Mingəçevir şəhər YPX-nin xx.xx.2022-ci il tarixli EQ 10069953 saylı protokolu araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Mingəçevir şəhər YPX-nə göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-484/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-484/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver